METBUAT.AZ

Siyasət

“Onların məqsədi yalnız şəxsi ambisiyalarıdır”

28 Fevral 2018 11:36

Hər zaman birlikdən-bərabərlikdən danışan radikal müxalifət üzvləri öz aralarında dediklərinə əməl edə bilmirlər. Daima intriqa yaşayan radikal müxalifət liderləri, birlik olmağı da bacarmır.

Millət vəkili Fəzail İbrahimli deyir ki, radikal müxalifət liderləri yola getmirlərsə, demək onlarda birlik yoxdur: “Birlik olmayan yerdə isə heç vaxt uğur ola bilməz”.


Millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, onların məqsədi yalnız şəxsi ambisiyalar, şəxsi məqsədlər, kreslo, kürsü və s.-dir: “Onları birləşdirəcək bir amal, istək yoxdur. Onlar yalnız hər hansı kənar qüvvələr Azərbaycana qarşı qarayaxma aparanda öndə olurlar. Ancaq başqa mənada onları birləşdirəcək nə dövlətçilik amalı var, nə də Azərbaycanın milli maraqları.

Hər birinin özünün xüsusi ambisiyası var, hər biri kresloda özünü görmək istəyir, hansı ki, bu kreslo da onlara heç vaxt nəsib olmayacaq. Çünki Azərbaycan xalqı indiyə qədər radikal müxalifətin fəaliyyətinin nədən ibarət olduğunu görüb. Radikal müxalifət dağıdıcı, qaragüruh olduğu və Azərbaycanın dövlətçilik maraqlarına, milli maraqlarına qarşı həmişə əks mövqedə dayandığı üçün xalqımızdan ömrü boyu dəstək ala bilməyəcək.

Onların arasında ətrafında bir neçə birləşdirə biləcək, siyasi nüfuzu olan şəxs yoxdur. Siyasi nüfuzu olan bir kəs yoxdur ki, kimsə də onun ətrafında birləşsin. Digər tərəfdən, hərəsi bir mərkəzə xidmət edir. Bəziləri də erməni lobbisinin marağında olan dairələrə xidmət edir”.

Günay Elşadqızı / METBUAT.AZ


metbuat.az.