METBUAT.AZ

Siyasət

“Rusiya mediası ölkəmizin reallıqlarını mətbuatlarında əks etdirirlər”

6 Aprel 2018 16:15

Azərbaycanın müasir dünyadakı vəziyyəti, geosiyasi mövqeyi, günü-gündən güclənən iqtisadiyyatı, apardığı müstəqil daxili və xarici siyasəti, qonşu dövlətlərlə, eyni zamanda digər dünya dövlətləri ilə olan dostluq, qonşuluq münasibətləri Rusiyanın diqqətindən də yan keçmir. Bunun nəticəsidir ki, son dövrlərdə Rusiya mətbuatında ölkəmizlə bağlı tez-tez müsbət yazıların, məqalələrin, müsahibələrin sayı daha da çoxalı.

Şimal qonşumuzun mətbuatında ölkəmizlə bağlı müsbət tendensiyanın olduğunu təsdiqləyən millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yüksək dostluq səviyyəsindədir, ilk növbədə ölkə başçıları arasında, sonra isə xalqlarımız arasında:

“Rusiya bizim qonşumuz və strateji tərəfdaşımızdır. Bu gün Azərbaycan güclənən ölkədir, iqtisadiyyatımız günü-gündən inkişaf edir. Eyni zamanda bizim müstəqilliyimiz güclənib, möhkəmlənib. Artıq Rusiya da, bütün dünya dövlətləri də Azərbaycanın reallıqlarını qəbul edib və Azərbaycanın real həyatına müsbət yanaşmanı ortaya qoyub. Rusiyada da görürlər ki, Azərbaycanda hər şey normaldır, müstəqil bir ölkə olaraq sülhün, iqtisadi əməkdaşlığın, dostluğun tərəfdarıdır və bəzi ölkələr kimi kimdənsə asılı vəziyyətdə deyil, dünyada böyük nüfuza malikdir. Azərbaycan bu gün özünü dünyanın ən güclü ölkələrilə bir yerdədir. Belə bir ölkə ilə əməkdaşlıq, dostluq etmək bütün ölkələr üçün maraqlıdır”.

Millət vəkilinin sözlərinə görə, Rusiya Azərbaycana bu istiqamətdə müstəqil ölkə kimi yanaşır: “Rusiya mediası da Azərbaycana müstəqil ölkə kimi yanaşaraq ölkəmizin reallıqlarını mətbuatlarında əks etdirirlər. Bu yaxşı haldır. Düşünürəm ki, bundan sonra da bu tendensiya davam edəcək. Artıq ölkəmizin reallığı odur ki, biz bu münasibətlərdə səmimiyik, vətəndaşlarla münasibətdə düzgün yoldayıq, iqtisadi inkişafımızda da müstəqilik. Bütün bu amillər təbii ki, hər bir yazının əsasının təşkilində şərtdir. Rusiya mətbuatı da bu amilləri, şərtləri müsbət olaraq qeyd edirlər”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycan Qoşulmama Hərəkatında özünü xarici siyasətiylə təsdiq edir” – Elman Məmmədov


metbuat.az.