Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz tanınmış nevropatoloq Qalib Əsədovdur.
- Niyə varsan?
- Həyat xeyir və şərin mübarizə məkanıdır. Biz hansı tərəfə savaşacağımızı qərar vermək üçün dünyaya gəlirik.
- Niyə yox olacaqsan?
- Çox olmamaq üçün.
- Niyə yazırsan?
- Yox olmamaq üçün.
- Yaşamaq nədir?
- Öz seçimimiz olmadığı halda üzərimizə qoyulan minnətdir.
- Ölüm nədir?
- Ölümsüzlüyə keçiddir.
- Ədalət nədir?
- Ədalət gözləri kor olduğu halda tərəzini düzgün tuta bilən Femidanın özüdür.
- Azadlıq nədir?
- Azadlıq hər istədiyini etmək yox, istəmədiyin bir şeyi etmek məcburiyyətində qalmamaqdır.
- Yaradıcılıq nədir?
- Beynimizin dərinliyində oluduğuna baxmayaraq, varlığından xəbərsiz olan bir şeyi kəşf etməkdir.
- İnsan kimdir?
- Kamilliyin zirvəsində cahilliyin xarabalıqlarını yaradan varlıq.
Tural İsmayılov/Metbuat.az