Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz tanınmış videoblogger Bahadur Seyidovdur.
-- Niyə varsan?
- Çətin sualdı. Bilmirəm. Amma əsas odur ki, var olduğum üçün peşman deyiləm.
- Niyə yox olacaqsan?
- Yox olmayacam…
- Niyə yazırsan?
- Məcbur edirlər.
- Yaşamaq nədir?
- Həyatla məzələnmək
- Ölüm nədir?
- Gerçək olan tək şey.
- Ədalət nədir?
- Vicdan rahatlığı ilə görəcəyin işlər.
- Azadlıq nədir?
- İstəyəndə ağlamaq, istəyəndə gülmək. İstəyəndə də çıxıb getmək.
- Yaradıcılıq nədir?
- Ancaq və ancaq sənə xas olan istehsal. Öz beyninin məhsulu.
- İnsan kimdir?
- Məsələn, mən…
Tural İsmayılov/Metbuat.az