Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz "Lider” televiziyasının xəbərlər departamentinin rəhbəri Aynur Vəliqızıdır.
- Niyə varsan?
- Yaşayıb yaratmaq üçün.
- Niyə yox olacaqsan?
- Kim deyir ki yox olacam? Yox olmamaq üçün yaşayıram
- Niyə yazırsan?
- Xəbər çatdırmaq üçün.
- Yaşamaq nədir?
- Ətrafdan həyatdan zövq almaq, həyata gülməkdi yaşamaq.
- Ölüm nədir?
- Mənim dünyamda ölüm yoxdu.
- Ədalət nədir?
- Ədalət vicdanın səsidir.
- Azadlıq nədir?
- Ruhun sakit olmasıdı azadlıq.
- Yaradıcılıq nədir?
- Yaradıcılıq istedadın aynasıdır.
- İnsan kimdir?
- Bax bu çətin sualdı.İnsan olmaq çox çətindir.
Tural İsmayılov/Metbuat.az