22 yan 2019 10:50
Metbuat.az-da “X Paraqraf” layihəsində növbəti reportajımız İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzindən oldu.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycan prezidenti İlham Əliyevin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə deyir ki, Mərkəzin yaradılmasında məqsəd sahibkarlara, xüsusilə də sahibkarlığın əsas təbəqəsi olan ixracatçılara dəstək göstərməkdir: “Söhbət sertifikatların verilməsi, konsultasiyaların göstərilməsi və buna oxşar digər xidmətlərdən gedir. Xidmətlərimiz çərçivəsində, cənab prezidentin Fərmanı əsasında 5 dövlət orqanı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi alternativ xidmət şəbəkəsidir. Bu o deməkdir ki, burada göstərilən xidmətlər həm də səlahiyyət sahibi orqanların tərkibində də göstərilir.
Sadəcə olaraq cənab prezident bu xidmətləri “Bir Pəncərə” sistemi altında formalaşdıraraq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzini yaradıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nın 10-cu bəndinə uyğun olaraq,Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi” “bir pəncərə” prinsipi əsasında ixracatçı sahibkarlara xidmət göstərir.
Mərkəzin meneceri deyir ki, bütün əhatə dairəmiz ixracatçılarla bağlıdır: “Müraciətlər həm onlayn, həm də offlayn qaydada olur. Offlayn qaydada odur ki, hər hansı sahibkar bura fiziki olaraq gəlib müraciət edir. Müraciətini etdikdən sonra ona konsultasiya lazımdırsa, konsultasiya verilir. Bəzən elə olur ki, sahibkar birbaşa sertifikat almağa deyil, məlumat almağa gəlir, biz onlara konsultasiya veririk. Bundan əlavə, sırf real ixrac prosesi ilə məşğuldursa, onlardan tələb olunan sənədlər alınır və alınan sənədlər çərçivəsində də sahibkarlara sertifikatlar və icazələr verilir”.
Qeyd etdiyimiz kimi, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində 5 qurumun nümayəndəsi fəaliyyət göstərir.
İqtisadiyyat Nazirliyini təmsil edən, baş məsləhətçi Kamran İsmayılov deyir ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində İqtisadiyyat Naziliyinin nümayəndəsi olaraq mənşə sertifikatı ilə əlaqədar müraciətləri qəbul edib sahibkarlara mənşə sertifikatını təqdim edirik: “Müraciət edənlər çoxdur. Əsasən elektron formada müraciət edirlər. Elektron formada sahibkarların müraciətlərini qəbul edirik, sistemə yönəldirik və son mərhələdə sertifikat çap olunandan sonra əlaqə saxlayırıq, onlar da gəlib sertifikatlarını götürürlər. Qeyd edim ki, sertifikat 1 iş günü, daha dəqiq desək, 3 saat ərzində verilir”.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Nisəxanım Muxtarlı qeyd edir ki,“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsi verilir: “Mədəni sərvət dedikdə xalça, xalça məmulatları, rəsm əsərləri, sənətkarlıq nümunələri, musiqi alətləri və zərgərlik əşyaları nəzərdə tutulur. Bizdə sertifikatlar 1-3 iş günü ərzində verilir, çünki ekspertlər tərəfindən mədəni sərvətə baxılır. Bizdə onlayn müraciətlər olsa da, əsasən fiziki olaraq müraciətlər daxil olur".
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi olan Telli Süleymanovabildirir ki, burada dini təyinatlı ədəbiyyatların, dini məzmunlu audio-video materialların ixracına razılıq sənədi verilir: “Bizdə onlayndan çox offlayn müraciətlər olur, fiziki şəxslər gəlir. Bizə müraciət edildikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertiza şöbəsində kitablara baxılır. Ekspertiza rəyi müsbət olarsa, ixracatçıya razılıq sənədi təqdim olunur. İcazə sənədi təxminən 3-7 iş günü ərzindəverilir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Günay Qasımova deyir ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq CİTES sertifikatı verilir: “Bu, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün verilən icazə sertifikatıdır. Biz müraciəti qəbul edirik, daha sonra onu qeydiyyatdan keçiririk. Çalışırıq ki, bir gün ərzində bu sertifikatı sahibkara təqdim edək. Ərizəni qəbul edib, Zoologiya İnstitutunun rəyini götürürük, arayışları qəbul edirik və qeydiyyatdan keçiririk, sonda sertifikat veririk”.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindəfəaliyyət göstərən qurumlardan biri də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyidir. AQTA-nın Mərkəzdəki nümayəndəsi Qəmər İsgəndərovanın sözlərinə görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması vəhəyata keçirirlər: “Həmçinin bitki və bitkiçilik məhsullarına fitosanitar sertifikat, heyvan mənşəli məhsullara, xammala, yem və yem əlavələrinə beynəlxalq baytarlıq sertifikatı veririk. Yeyinti məhsullarına isə qida təhlükəsizliyi sertifikatı veririk. Müraciət üçün tələb olunan sənədlər təqdim olunur və sistemə yerləşdirilir. Məhsullar laborator sınaqdan keçdikdən sonra sertifikat verilir. Sertifikatın verilməsi Qanunla 7 iş günü ərzində nəzərdə tutulub, lakin biz bu prosesi daha qısa müddət ərzində həyata keçiririk.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə deyir ki, Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzdəki fəaliyyəti çərçivəsində həm də dövlət qeydiyyatı prosesi həyata keçirilir: “Bildiyiniz kimi, 2019-cu ilin 1 yanvarına qədər olan müddət ərzində sahibkarlıqla bağlı həm sahibkarlar ixrac və idxal əməliyyatlarını həyata keçirə bilərdilər, həm də dövlət qeydiyyatı prosesini paralel apara bilərdilər. 2019-cu ildən isə bu proses artıq bitdi. Bildiyiniz kimi, yeyinti haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, dövlət qeydiyyatı olmayan şəxslərin qida sahəsindəki fəaliyyəti qadağandır. Bu maddəni əsas tutaraq Qida Təhlükəsizliyi Agentliyi sahibkarları dövlət qeydiyyatı prosesindən keçməyə səsləyir. Biz də cənab prezidentin yaratdığı bir orqan kimi və burada “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində AQTA-nın da fəaliyyətini nəzərə alaraq, sahibkarlarımızı dəvət edirik ki, gəlib burada dövlət qeydiyyatı prosesindən keçsinlər.
O cümlədən də ixrac fəaliyyətilə bağlı sertifikatları - Qida Təhlükəsizliyi Agentliyinin verdiyi qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatını, eyni zamanda da İqtisadiyyat Nazirliyi tərəfindən verilən mənşə sertifikatlarını buradan ala bilərlər. Əslində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi yaranmamışdan əvvəl dəixracatçılardan əsasən aqrar məhsulları, kənd təsərrüfatı məhsullarının ixracında mənşə və fitosanitar sertifikat tələb olunurdu. Onlar isə müxtəlif qurumlara getmək məcburiyyətindəydilər. Ancaq indi cənab prezident xüsusi şərait yaradıb və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzini formalaşdırıb ki, təkcə bura yaxınlaşmaqla sənədlərini həm Qida Təhlükəsizliyi Agentliyinə, həm də İqtisadiyyat Nazirliyinə təqdim etməklə öz ixrac fəaliyyətlərini həyata keçirə bilsinlər. Amma qeyd edim ki, göstərilən xidmətlər sözügedən qurumların da tərkibində şəffaf və çevik şəkildə həyata keçirilir”.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindəkönüllülük əsasında fəaliyyət göstərən əməkdaşlar da var. Könüllü kimi fəaliyyət göstərənlərdən biri də Lalə Qarayevadır. Onun sözlərinə görə, təcrübə keçdiyi 1 il ərzində buradasertifikatların verilmə prosesini, yəni sertifikat verilmək üçün nə işlər görülür, hansı proseslər olur, ümumiyyətlə verilən bütün sertifikatlar haqqında öyrənir: “Öyrəndiyim məlumatlar mənim üçün çox faydalıdır. Sahibkarların dövlət xidmətlərindən məmnunluq səviyyəsi, sahibkarların qeydiyyata alınması ilə məsələləri ilə məşğul oluram”.
Nicat Hacızadə deyir ki, könüllülüklə bağlı ümumi olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müraciət olunur: “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində də mütəmadi olaraq könüllülər olur. Lalə xanım da uzun müddətdir bizdə könüllü kimi fəaliyyət göstərir. Könüllülər əsasən sahibkarların ərizələrinin yazılması, ixrac zamanı müvafiq dövlət xidmətlərinin nümayəndələrinə yardım edilməsi kimi proseslərə dəstək göstərilməsi ilə məşğul olurlar. Ümumilikdə sahibkarlardan dövlət xidmətlərindən məmnunluq səviyyəsinin ölçülməsi, sahibkarların qeydiyyata alınması məsələlərilə xüsusilə könüllülər məşğul olurlar.Könüllülüklə bağlı müraciətlər çox olur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən 3 aylıq təcrübə proqramları olur və Mərkəz tərəfindən elan verilir. Müraciət çərçivəsində də könüllülər müsahibədən keçir, bizə uyğun olan könüllülər qeydiyyata alınır. Onlar 3 ay ərzində həm dövlət xidmətlərinin göstərilməsi sahəsində, həm də analitik yazıların yazılmasında və dövlət xidmətlərində təcrübə toplamaq məqsədli işlərə cəlb olunurlar. 3 aydan sonra isə onlar burada xüsusi təcrübə və könüllülük fəaliyyətilə məşğul olmaları barədə sertifikatla təltif olunurlar.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnsitutu da 2018-ci ildən etibarən publik hüquqi şəxs olaraq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyətə başlayıb. Bu İnstitutun əsas öhdəliyi uyğunluq sertifikatının verilməsi və keyfiyyət standartlarının istehsal müəssisələrində tətbiqidir.
Mərkəzin meneceri Nicat Hacızadə deyir ki, bu gün ixrac zamanı tələb olunan sənədlər arasında uyğunluq sertifikatı yoxdur. Ancaq bildiyimiz kimi, bizim sahibkarların son məhsullarının tam yüksək standartlara cavab verməsi, o cümlədən də beynəlxalq standartlara cavab verməsi üçün uyğunluq sertifikatı və digər beynəlxalq keyfiyyət standartlarının olması mütləqdir: “Bunun səbəbi odur ki, sahibkarlarımız məhsullarını xarici bazara çıxaran zaman xarici ölkələrin istehlakçıları tərəfindən yüksək səviyyədə qəbul olunsun və daimi olaraq sifarişlər olsun. Çünki Avropa İttifaqı ölkələrinin özünəməxsus tələbləri var. Həmin bazarların keyfiyyət standartları ilə bağlı kifayət qədər yüksək tələblər mövcuddur. Bu da Avropa İttifaqı tərkibində olan ölkələrin və orada yaşayan əhalinin, istehlakçıların hüquqlarının qorunması üçündür. Bu gün Azərbaycanda həm Qida Təhlükəsizliyi İnstitutu, həm də Standartlaşdırma İnstitutu bu istiqamətdə kifayət qədər işlər həyata keçirilər ki, Azərbaycan məhsulunun daha yüksək keyfiyyət standartlarına malik olmasını təmin etsinlər. Onlar həm təbliğat, təşviqat işi aparırlar, həm maarrifləndirirlər, həm də sertifikatlar verirlər. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi bir vasitəçi orqan kimi Standartlaşdırma İnsitututunu bura cəlb elədi. Hər hansı sahibkar öz daxili istehsal fəaliyyətindəki standartları tətbiq etmək üçün Azərbaycan Standartlaşdırma İnstitutunun “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindəki xidmətinə müraciət edə bilərlər. Müraciət çərçivəsində də tələb olunan sənədlər alınır və qısa müddət ərzində sahibkarlara uyğunluq sertifikatı təqdim olunur”.
Günay Elşadqızı / METBUAT.AZ
FOTO: Müzəffər İsmayılov