23 yan 2019 10:10
Tarixin hər dövrü xaosun yeganə ekvivalenti dağıdıcılıqdır. Xaosa məğlub olan bütün cəmiyyətlərdə dövlət təsisatları ya sıradan çıxır, ya da daxili və xarici imperializm şəbəkələrinin oyuncaqlarına çevrilir.
Həm düşüncə tarixi, həm ictimai-formasiya tarixi bizə bunları aydın göstərib.
Erix Fromm psixoanalitikasında qısa bir tezis var: "Kütlələri ələ keçirməkdə yanlış informasiya əsas vasitəçidir."
Bütün çaxnaşmalar və sosial-siyasi hərc-mərcliklərdən dğvlətçilik düşüncəsi lider olan ictimai şüurlar, güclü iqtidarların nail olduğu ictimai-siyasi sabitlik həmişə qalib çıxır.
Necə ki Azərbaycan iqtidarı uzun illərdir sabitlik qalası olan çağdaş, inkişaf edən, mükəmməl Azərbaycanı bütün dünyaya regionun ən önəmli ölkəsi kimi tanıda bildi.
Azərbaycan xalqını Sovetin çöküşündən sonra baş verən siyasi qarmaqarışıqlıqlardan xilas edən məhz ulu öndərimiz Heydər Əliyevdir.
Təəssüf ki, bütün dünya xalqlarına belə liderlər nəsib olmur.
Hazırda dünya informasiya məkanının ən böyük təhlükələrindən biri feyk və dezinformasiya xarakterli məlumatların insanlara real infiormasiyalar kimi sırımaq cəhdləridir.
Bütün vətəndaşlar dünya fəlsəfi fikir tarixinin çoxdan anladığı bir gerçəkliyi dərk etməlidir ki, bütün təhdidlərə qarşı yeganə sipər yüksək dövlətçilik şüurudur.
Hər bir vətəndaş üçün dövlətin varlığı və gücü onun həm də gələcəyi və övladları üçün önəmlidir.
Bütün xaricdən maliyyələşən siyasi oyuncaqlara qarşı qarşı tək istinad nöqtəsi dövlət sevgisi olmaldır,
Qısacası, dövlətimizi sevək,
Dövlət ictimai sabitliyin ən böyük qarantıdır.
İctimai sabitlik isə ən ümdə dəyərlərdən biridir!
Tural İsmayılov/Metbuat.az