METBUAT.AZ

Elm

"Ölüm yerin üstünü yerin altına dəyişməkdir"

8 yan 2019 12:29

Metbuat.az yeni “1 daşla 9 quş” layihəsinə start verib.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz Faktor.az saytının baş redaktoru Əziz Əlibəylidir.


- Niyə varsan?

- Bu yaşda cavab verdiyim üçün deyirəm ki, ömrümü fəda edəcəyim çox şey var…

- Niyə yox olacaqsan?

- Gücüm tükənəcək.


- Niyə yazırsan?

- Əvvəl ehtiyac vardı, indi zərurət.


- Yaşamaq nədir?

- Sırf fel kimi düşünməmişəm, amma ikinci və əsas hesab etdiyim mənası sevməkdir.

- Ölüm nədir?

- Bioloji olaraq yerin üstünü altına dəyişmək.

- Ədalət nədir?

- Hamının yerini bilməsi.

- Azadlıq nədir?

- Düşünmə və ifadə etmənin sonsuzluq dənizində üzə bilməsidir.

- Yaradıcılıq nədir?

- Fərəhləndirən məhfum.

- İnsan kimdir?

-Adamlığın özü.


Tural İsmayılov/Metbuat.az


metbuat.az.