10 yan 2019 11:06
Metbuat.az-da yeni layihə olan “Söhbət qazanı” başlayıb. Layihənin ilk qonağı isə səsi və siması ilə tanınan aktyor Sənan Əlləz olub.
-Sənan sizə görə aparıcılıq yoxsa aktyorluq?
-Əlbəttə ki aktyorluq. Mən aktyor olaraq doğulmuşam. Müəyyən zamanlarda çəkilişlərin olmadığı vaxtlarda aparıcılıq etmişəm, daha doğrusu aparıcılığa məcbur olmuşam. Səsin yaxşıdır, gəl apar deyiblər və aktyorluğa görə də aparıcılığı tərk etmişəm.
- Peşmansınız?
- Peşman deyiləm.
- Radiodan niyə ayrıldınız?
Rəhbərlik tərəfindən qarşıma seçim qoyuldu “ya aktyorluq ya da aparıcılıq” dedilər.Düşünmədən aktyorluq dedim. Fikirləşməyə vaxt verdilər mənim üçün 5 deqiqədə işdənçıxmaq üçün erizəmi yazdım.
- İşdən ayrılmaq üçün sadəcə5 dəqiqə düşündünüz?
- Düşünmədən qərar verdim çünki yaradıcı insanın qarşısına seçim qoymazlar.Onsuz da mən apardığım bütün radio verilişlərində aktyorluq edirdim. Mənim bəlli bir obrazım var idi. Bunu 5 il yarımlıqaparıcılıq marafonunda məni dinləyən dinləyicilər də təsdiq edər. Yəni məni real həyatda tanıyan insanlarla efirdə məni dinləyən insanlar çox böyük fərq hiss edirdilər. O mənim radioda özüm üçün yaratdığım obraz idi. Düşünürəm ki, mənə qədər, mendən əvvəl və ya məndən sonra belə bir aparıcı olacaq mı ? Mən onu deyə bilərəm ki, mənim radiodaki imicim, radiodaki danışıq tərzim, zaman-zaman aqresiyam,zaman-zaman dinləyicilərlə xoş zarafatlarımbunlar hamısı mənim radioda yaratdığım obraz idi. Mən o obraza bürünürdüm, radioda da aktyor idim.
- Maraqlısı budur ki siz indi oynadığınız serialda da radioda aparıcılıq edirsiniz.
- Bəli onu bizim senaristlər o formada düşünüb. Hətda mən orda öz adımı da çəkmişdim. Ssenaridə
elə bir şey yox idi amma mən öz adımı ələ saldım “ Sənan Əlləz adındaradio aparıcısı olar?”.Yaratdığım Tural obrazı real həyatdaki Sənanla xoş mənada məzələndi.
- Xanım fanatlarınız çoxdur yoldaşınızın buna münasibəti nə yerdədir?
- Mən fanat sözünü qəbul etmirəm. Hər şeyin ifratı, fanatizmi bu düzgün deyil mənə görə. Burdan sizinmetbuat.az informasiya agentliyi vasitəsi ilə bütün xanımlara və bəylərə səslənirəm ki, xahiş edirəm sizdən artıq dərəcədə özünüzə yaxşı bir iş tapın, cəmiyyətə daha yararlı olun,fanatlıq edib boş-boş vaxt keçirmək yerinə maraqlı kitab oxuyun, film izləyin, ən azından vaxtınız yoxdursa qulaqlıq vasitəsi ilə mahnı dinləyin.Mən deyərdim ki, ümumiyyətlə mən fanatlığı qəbul etmirəm. İnsan sevə bilər, izləyə bilər, mənim də sevdiyim aktyorlar var, mən də çalışıram ki onların yeni filmlərini qaçırtmayım, onların yeni və köhnə filmlərinə baxım, amma bu fanatlıq dərəcəsində deyil. Kimə fanatlıq edirsiniz öz işinizdir, özünüz bilərsiniz. Mənə “Sənanın fanatıyam” deyib, yanıma ad yapışdırmayın. Bəlkə də mən onları daha çox sevirəm amma fanatlıq etmirəm. O ki qaldı sualınızın ikinci hissəsinə mənim xanımım məni qısqanır? Biz ikimiz birlikdə də müsahibə vermişik bu barədə və onun fikrinə əsaslanaraq sizə deyə bilərəm ki,xanımım məni əsla qısqanmır. O bilir ki, aktyorla evlidir və aktyor kamera qarşısında, səhnədə sevgi rolları oynadığı zaman obrazın xarekterinə uyğun olaraq sevgi bəlli etməlidir və mən tamaşaçımı aldada bilmərəm. Mən qarşımdaki tərəf müqabilimi müləq sevməliyəm. Mən oynadığım xanım aktrisalarla həyatda da çox yaxın dostam və ailəvi əlaqələrimiz də var. Biz real heyatda çox yaxın dostuq amma kamera ve qarşısında vəziyyət dəyişir.
- Bəs Sənana görə ata olmaq necə bir hissdir ?
- İlk əvvəl mən xanımın bətnində uşaq olduğunu bildiyim zaman təbii ki “ata olacam” hissi , sevinci var idi. O qarışıq bir hissdi açıqlaya bilmirsən çünki o formalaşmanın necə olduğunu başa düşmürsən kişi olaraq. 9 ay ərzində nə baş verir anlamaq olmur. Uşaq dünyaya gəlir, qucağa alırsan yenə də o səndə tam formalaşmır ki, o atalıq hissimidir yoxsa qucağındaki balaca nədir? O da tam olaraq atalıq hissi deyil. Başlayır bir balaca böyüyür, iməkləyir, artıq ayaq açır yeriyir, iki dənə söz öyrənir və sən görürsən ki,evdə balaca hərəkət edən nəsə var bu eyni zamanda söz də deyir. Qəribədir ki, öz körpə ağlı ilə sənə qarşı bir bağlılıq, sevgi göstərir. Bu yaradılışın ona verdiyi bir instinktdir başa düşürəm. Ola bilsin ki bu atadan ona keçən genetik bir bağlılıqdır amma bütün hər şeyin fonunda hiss edirsən ki, onda sənə qarşı bir sevgi var. Bax onda anlayırsan ki, hə, səninartıq həyatında balaca, yeriyən, hərəkət edən, danışan, şirin bir varlıq var və sən onun üçün darıxırsan.
- Oğlunuzun neçə yaşı var ?
- 1 yaş 3 aylıqdır və ən şirin vaxtlarıdır. Artıq nəsə deməyə, nəsə izah etməyə çalışır. Hiss edirəm ki, yaxşı musiqi duyumu var və hiss edirəm ki, o cəhətdən anasına bənzəyir. Məndən keçən bir xüsusiyyəti var ki, o da balaca olmağına baxmayaraq aktyorluqdur. Bunu digər uşaqlar kimi ağlayaraq, ayağını yerə döyərək etmir.Öz etirazınıözünün beynində qurduğu müxtəlif oyunlarla göstərir.
- Cəmiyyətimizdə qadınların hüquqları
- Qadına qadın kimi qiymət versək cəmiyyətdə hər şey öz yerini tapar. Azərbaycan qadını həmişə sevilməyi, qayğı görməyi sevib amma artıq müasir zəmanədir. Çalışırıq ki, xanımlar əvvəlki funksiyasından çıxsınlar. Mən kişi olsam belə feminist düşüncəli bir insanam. İstəyirəm cəmiyyətimizdə qadınların hüquqları tam qorunsun. Demək olmaz ki, qorunmur. Hər şeyin bir sağ və sol tərəfi var, qorunur amma böyük kütlə qarşısında biz bunu deyə bilərik mi? -yox . Bu dəqiqə də həyat yoldaşı tərəfindən döyülən qadınlar var, şiddətə məruz qalan insanlar var, tək ayağı üstündə durmağa çalışan qadınlara cəmiyyət tərəfinfən mənfi fikirlə yönələn insan beyni var, kişi beyni var. Ümumiyyətlə qadınların hüquqlarını elə ən çox qadınların özləri pozur. Bir qadın digərinin hüququnun pozulmasına şərait yaradır. Qadınlar öz həmcinslərinin hüquqlarını qorusalar, kişilər də qorumağa məcbur olacaq. Mən istəyərəm ki, qadına şiddət olmasın, mən istəyərəm ki qadınların eyibləri örtülsün amma qarşısını ala bilirik mi? –xeyr.Qarşısını almaq üçün qadınlarımız özləri əvvəlcə öz hüquqlarını qorumalıdırlar.
Bu sadəcə bizim cəmiyyətdə yox digər cəmiyyətlərdə də var. Sizcə Amerikada və ya Avropada qadınların hüququ tam qorunur mu? – xeyir. Oradaki xanımlar mənə elə gəlir ki öz hüquq və haqlarını bizim xanımlardan daha yaxşı bilirlər. Buna görə də xanımlarımız elmli olmalıdır, oxumalıdırlar. bir qadının elmli olmağı cəmiyyət üçün də xeyirlidir. Əgər bir qadın elmlidirsə onun böyütdüyü övlad da elmli olacaq. ona görə Azərbaycan qadınının təhsil, inkişaf, dünya görüşü, intelekt seviyyəsinin yüksək olmağı vacibdir.
-Çəkilişlərdə başınıza gələn ən maraqlı hadisə hansıdır ?
-Hazırda rol aldığım “İmtahan” serialından bir hadisə danışacam. Bazar günüçəkiliş olmalıdır universitetin bufetində. Rejissor assisenti mənə və digərlərinə çəkilişin vaxtını göndərir. Sadəcə olaraq12:00 yox səhv olaraq 17:00 yazır çəkilişin olacağı saatı. Mən 17:00 telefonda gördüm düşündüm ki, həmin vaxta qədər istirahət edim, çəkiliş meydançasına çataram. saat 12:30-da mənə ikinci rejissorumuz zəng edir ki, “səhv göndərmişik vaxtı saat 12:00-da işdə olmalısan. Tez nə edirsən et və yarım saata burda ol”. Mən durdum, cay belə içmədən evdən çıxdım, çəkiliş meydançasına çatdım və gördüm ki bizim rejissorumuz çox əsəbi şəkildə aktyorları danlayır. Mən dedim ki bu gərginliyə qoşulmayım və getdim qrimimi və saçımı düzəltdirdim. Gəldim çəkiliş meydançasına rejissor mənə dedi ki “sən niyə gecikmisən?” dedim ki “mən gecikməmişəm mənə yazılan vaxtda gəlmişəm”. Mən nəyin baş verdiyini bilmirəm və həmin an rejissor hamını danlayır. Bir anda nəyin baş verdiyini bilmədən mən və digər 4 nəfərin adını çəkdi və “mən sizlə işləmək istəmirəm” dedi. Həmin 3 nəfər uşaq çıxdılarMən çox emossianal insanam və görürəm ki, həmin an uşaqlar mənə görə işdən gedirlər. Mən dedim ki, “qovursansa məni qov. Səhv məndədir o uşaqların nə günahı var?” və birdən rejissorumuz özünün saxlaya bilməyib güldü “qayıdın arxaya Sənan artıq ağlamaq dərəcəsindədir”. Sən demə mən gələnə qədər bütün set oturub mənə oyun qurub ki, Sənan gəlsin ona zarafat edək. Mən həmin günün sonuna qədər özümə gələ bilmədim.
- Hansı peşakar aktyordan təlim almaq istəyərdiniz
-Azərbaycanda mənim zaman-zaman müraciət etdiyim aktyorlar var. Mən heç vaxt öyrənməkdən çəkinmirəm, utanmıram.
"YUG" dövlət teatrının aktyoru Kamran Yunis mənə çox şey öyrədib. Gənc tamaşaçılar teatrının rejissoru var Vaqif Əsədov o rejissor olsa da aktyorluğu çox yaxşı şəkildə başa sala bilir. Mən Vaqif müəllimdən də çox şey öyrənmişəm. İndinin özündə də çəkildiyim aktyorlardan çox sey öyrənirəm, məsləhətləşdiyim və fikrini soruşduğum bir çox insan var. Ölkəmizin xalq artisti Qurban İsmayılovla görüşəndə nələrisə soruşmağı özümə borc bilirəm. Aktyorluq komanda işidir fərdi bir iş deyil. Sən fərdi olaraq yaxşı aktyor ola bilərsən amma tərəf müqavilinlə yaxşı enerji ala bilmirsənsə bu yaxşı görünməyəcək.
İstəyərəm ki Erdal beşikçioğlu ilə hər hansı filmdə rol alım.
Azərbaycanda öz işini yaxşı bilən aktyor və rejissorlar var ki, mən onların əksəriyyəti ilə işləmişəm və hər birindən nə isə öyrənə bilmişəm. Akif müəllimlə işləmişəm və düşünürəm ki, hər aktyora qismət olmur bu. Məncə xoşbəxt aktyorların Akif müəllimlə işləmək şansı olur.
Öyrənmək heç vaxt gec deyil və öyrənməyin yaşı yoxdur. Ən adi bir nöqtədən belə nə isə qavrayıb öyrənə bilərsən və mən hər zaman öyrənməyə açıq bir insanam.
-Kino və seriallarımızda çatışmayan və artıq olanlar
- Mən oturub burdaçatışmayan cəhədlərimizi sadalasam bu mənim öz işimə balta vurmağıma bənzəyəcək.
Artıq cəhətini deyəcəm və mən bunu deməyə hər zaman borcluyam. Biz istiqanlı millətik, bizdə bir-birimizə keçə bilmədiyimiz xüsusi dəyərlərimiz var. Mən bir dəfə türk setinə qonaq getmişdim. O setdə o qədər sərt əngəllər gördüm ki. Baş rol aktyoru ilə digər aktyorlar arasında böyük fərq qoyurlar və bunu bütün texniki heyyət və aktyorlara bəyan eliyirlər. Bu olmaz, insani dəyərlərə, insani xüsusiyyətlərə bu şeyi qatmaq olmaz. Bizdə o şey yoxdur bütün heyyət olaraq otutub bir süfrə arxasında yemək yeyiriksə və bir birimizin xeyirində-şərində iştirak ediriksə, dəstək oluruqsa bu bizim istiqanlı olmağımızdır. Siz bunu heç bir dövlətin setində, heç bir dövlətin film çəkilişində görə bilməzsiniz. Bu bizim artıq tərəfimizdir.
-Və nəhayət indi rol aldığınız serialdan sual verim. Tural və Banunu sonda ne gözləyir?
-Bu gün efirə gedən seriada ilk qığılcımlar baş verdi və Tural artıq Banunu yavaş yavaş xatırlamağa başlayır.
Mən özüm də efirə gedən bölümdən 15 bölüm əvvəlini bilirəm.
-Sizcə Turalla Sənanın bənzərliyi var ?
-Turalla Sənan arasında hec bir bənzərlik yoxdur. Tural kəmhövsələ insandır, psixoloji problemləri var, nə etdiyini bilmir. Mən isə hər şeyi programlamış biriyəm çünki mənim işim tək serialla bitmir həm də bugün brend olan bir çox markanın səsiyəm. Sənədli film səsləndirmələrim olur, film görüşmələrim olur.
Maşınım olsa belə mən ictimai nəqliyyatdan istifadə etməyi sevən insanam çox nadir hallarda harasa gedəndə maşın və ya taksidən istifadə edirəm və ən azı 4 saat vaxtım da ictimai nəqliyyata gedir. Özünüz bilirsiniz, Bakı artıq meqapolisə cevirilib. Sənanın həyatı, işi budur. Tural isə tələbədir və nə etdiyini bilməyən insandır. Ümumiyyətlə mən yaratdığım obrazların içərisində bu günə kimi Sənan olmayıb
-İctimai nəqliyyatdan çox istifadə edirsiniz. Bəs sizi orda tanıyıb, yaxınlaşanlar olur mu?
-Əlbəttə. Sizə belə bir şey deyim, mənim aktrisa, aktyor yoldaşlarım da bilsinlər heç birindən çəkinmirəm. Bəzi yoldaşlarımız var ki ictimai nəqliyyatdan istifadə etmək istəmirlər. Hətta etsələr belə gizlənməyə çalışırlar. Mən bunun əleyhinə olan bir insanam. Onların fikirlərinin əleyhinə deyiləm amma onların etdiyini mən heç vaxt etmərəm.
Gəlin düşünək, mənim sizin işinizdən fərqim nədir? Siz də işləyib ay sonunda əmək haqqınızı alırsınız mən də işləyib əmək haqqımı alıram. Sadəcə bir fərqimiz var mən gündəlik televiziyada efirə çıxıram və insanlar məni tanıyır.Mənim taksi sürücüsü, müəllim, həkimdən fərqim də eyni şeydir. Əgər tanınmaq kimi bir avantajın varsa və bu tamaşaçı içtimai nəqliyyatda yolda küçədə sevərək mənə yaxınlaşırsa mən niyə həmin insanlardan gizlənməliyəm? Telebe vaxtı necə idimsə, tanınmadan əvvəl necə idimsə, indi də həmin Sənanam və mən düşünürəm ki bundan sonra da belə gedəcəm.
Sevinc Kərimova / Metbuat.az
“Kişi Ol” ilin ilk dram filmi olacaq - FOTOLAR