18 apr 2019 15:00
Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz yazar, tanınmış radio aparıcısı Cavid Osmanovdur.
***
- Niyə varsan?
- İnanıram ki, hər birimiz dünyaya hansısa misiya üçün gəlmişik və həyatımız o misiyanı anlamaq üçün lazımdır.
- Niyə yox olacaqsan?
- Bəşəriyyətin qanunlarından biri insan əvəzlənməsidir və atam olmayandan sonar o mənim dilimlə, mən olmayandan sonra isə qızım mənim dilimlə danışacaq.
- Niyə yazırsan?
- Çalışıram ki cəmiyyətə xeyir verim.
- Yaşamaq nədir?
- Mübarizə.
- Ölüm nədir?
- Mübarizənin məntiqli sonu.
- Ədalət nədir?
- Çox subyektiv bir şey...
- Azadlıq nədir?
- Qınamamaq, qınanılmamaq.
- Yaradıcılıq nədir?
- Özündən sonra verdiyin mesaj.
- İnsan kimdir?
- Daim özünə əks gedən, “niyə” sulaını özünə verən, özünün aldatmağa meyilli varlıq.
Tural İsmayılov/Metbuat.az