9 apr 2019 12:30
Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz millət vəkili Sevinc Fətəliyevadır.
***
- Niyə varsan?
- Bu dünyada öz missiyamı yerinə yetirmək üçün.
- Niyə yox olacaqsan?
- Mənə ayrılan zaman bitdiyi üçün.
- Niyə yazırsan?
- Fikir və düşüncələrimi sistemləşdirmək üçün.
- Yaşamaq nədir?
- Yaratmaq, düşünmək, sevmək.
- Ölüm nədir?
- Ruh və bədən arası əlaqənin sonu.
- Ədalət nədir?
- Attığın attımda, düşüncələrdə, hər bir vəziyyətdə həqiqətə əsaslanmaq.
- Azadlıq nədir?
- İmkanlar.
- Yaradıcılıq nədir?
- Yenilik yaradan mənəvi fəaliyyət prosesi.
- İnsan kimdir?
- Sivilizasiyanın əsas nailiyyəti/müasir dünyada ən qəddar məxluq.
Tural İsmayılov/Metbuat.az