29 apr 2019 15:00
Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz şair Eminquey Akifdir.
***
- Niyə varsan?
- Var olduğumu sübut etmək üçün.
- Niyə yox olacaqsan?
- Yox olmayacam, sadəcə toxunulmaz olacam.
- Niyə yazırsan?
- Daha yaxşı danışmaq üçün.
- Yaşamaq nədir?
- Aid olduğun yerdə olmaq.
- Ölüm nədir?
- Yerin cazibə qüvvəsinə uduzmaq.
- Ədalət nədir?
- Sən tərəfdən baxanda 6, mən tərəfdən baxanda 9.
- Azadlıq nədir?
- Səndən mənə qədər olan məsafənin tən ortası.
- Yaradıcılıq nədir?
- Müşahidə edib işarələri açmaq, özünküləşdirmək və onu insanlara həzm etdirmək.
- İnsan kimdir?
- Torpağın “fəst fud”u.Tural İsmayılov/Metbuat.az