2 apr 2019 14:00
Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz şairə Rəbiqə Nazimqızıdır.
***
- Niyə varsan?
- Belə istədilər.
- Niyə yox olacaqsan?
- Belə istəyəcəklər.
- Niyə yazırsan?
- Özümə oxuyum deyə.
- Yaşamaq nədir?
- Hər şey.
- Ölüm nədir?
- Nə vaxtsa biləcəyim sirr.
- Ədalət nədir?
- Bumeranq prinsipi.
- Azadlıq nədir?
- Yalan.
- Yaradıcılıq nədir?
- Təsəlli.
- İnsan kimdir?
- Ölümlə həyat arasında azadlığı, ədaləti və ozünu axtaran məxluq."
Tural İsmayılov/Metbuat.az