26 apr 2019 15:00
Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz jurnalist Pərviz Hüseyndir.
***
- Niyə varsan?
- Valideynlərimə zamanında "bişey-mişey" yoxdu deyə, hər dəfə sual verən fərdlər öz suallarına cavan tapsın deyə.
- Niyə yox olacaqsan?
- Son istifadə tarixim keçəcək, ona görə.
- Niyə yazırsan?
- İnsanlara pozitiv enerji ötürüb, qismən də yardım etmək üçün.
- Yaşamaq nədir?
- Yavaş-yavaş yaşlanmaq.
- Ölüm nədir?
- Ucsuz-bucaqsız düzənlikdə şokolad və şərabdan ibarət qidan bitəndən sonra yaşamaq üçün dostunun qarla örtülmüş cəsədindən yemək.
- Ədalət nədir?
- Ədalət sənin vicdanındır, əqidəndir. Əgər o düzgündürsə, deməli ədalətlisən.
- Azadlıq nədir?
- İnsanların heç vaxt tam çata bilmədiyi bir anlayış.
- Yaradıcılıq nədir?
- Vaxtını sərf etdiyin müddətcə sənə xoşbəxtliyin nirvanasını yaşadan fəaliyyətin.
- İnsan kimdir?
- Bəzən şəhvətə qapılan və səbr etməkdə çətinlik çəkən varlıq.
Tural İsmayılov/Metbuat.az