METBUAT.AZ

Maraqlı

"Yox olmayacam, sadəcə dünyamı dəyişəcəm"

3 apr 2019 16:00

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovdur.

***

- Niyə varsan?

- Yaradıldığım üçün...


- Niyə yox olacaqsan?

- Yox olmayacam, sadəcə dünyamı dəyişəcəm.


- Niyə yazırsan?

- İfadə olunmaq və yadda qalmaq üçün.


- Yaşamaq nədir?

- Ömür dediyimiz yolu getmək və faydalı nə isə yaratmaq.


- Ölüm nədir?

- Əbədi dünyaya keçid.


- Ədalət nədir?

- Sənə verilmiş güc, imkan və salahiyyəti özünə layiq bildiyin səviyyədə tətbiq etmək.


- Azadlıq nədir?

- Ruhən sərbəst olmaq.


- Yaradıcılıq nədir?

- Həqiqi yaradıcılıq fitrən verilmişin inikasıdır.


- İnsan kimdir?

- Xeyirxah və faydalı ola bilən.


Tural İsmayılov/Metbuat.az


metbuat.az.