13 may 2019 15:00
Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.
Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.
Bu dəfə müsahibimiz "Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanovdur.
***
- Niyə varsan?
- Nəyəsə və ya kiməsə lazımam deyə.
- Niyə yox olacaqsan?
- Daha lazım olmayacam deyə.
- Niyə yazırsan?
- Unutmamaq üçün.
- Yaşamaq nədir?
- Zamanı yola vermək.
- Ölüm nədir?
- Zaman bitti deməkdir.
- Ədalət nədir?
- Hamının danışdığı, amma kimsənin etmədiyi və görmədiyi .
- Azadlıq nədir?
- Kiminə dərd, kiminə dəva!
- Yaradıcılıq nədir?
- Qabında olanı ətrafdakılarla bölüşmək bacarığı.
- İnsan kimdir?
- Bu dünyada müvəqqəti kirayinişin.
Tural İsmayılov/Metbuat.az