METBUAT.AZ

Siyasət

Zəfər günü paradı 2783 şəhidin qanı ilə tarixə yazıldı -

12 dek 2020 12:10

Azərbaycanın möhtəşəm qələbəsinə həsr olunmuş Zəfər paradı tarixin yaddaşına həkk olundu.

44 günlük müharibə nəticəsində qələbənin, zəfərin tacı olan bu parad ilə Azərbaycan bütün dünyaya bir daha gücünü nümayiş etdirdi. Bu mübarizə nəticəsində dünyaya aydın oldu ki, Türkiyə-Azərbaycan dosluq və qardaşlığı münasibətləri digər dövlətlərinin qardaşlıq münasibətlərindən öndədir.

Metbuat.az Zəfər Paradının nəticələrinə həsr olunmuş müsahibəni Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz aparıb.Həmin müsahibəni təqdim edirik:

Yücəl bəy şəxsən sizin də iştirak etdiyiniz bu zəfər yürüşündə əsas özəlliklər nələr oldu?

- Azərbaycanın İkinci Qarabağ Müharibəsindəki qələbəsinə həsr olunmuş Zəfər paradı türk dünyasında fərqlənən paradlardan biri oldu.

Zəfər paradı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Azərbaycan tarixində keçirilən paradlar içərisində bir neçə zəfər yürüşləri daha çox tarixdə səs salmışdır. 1918 ci i sentyabrın 15də Qafqaz İslam Ordusunun Bakının azad edilməsi uğrunda döyüşlərdən sonra keçirilən parad, 28 may 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycan dövlətinin qurulmasına həsr olunan parad, 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illliyinə həsr edilmiş böyük parad buna misaldır.

Azərbaycan mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi. Bu hərbi parad Azərbaycanın tərəfdaşlarına həm də rəqibləri üçün böyük və əhəmiyyətli siyasi bir ismarıc oldu.

Azadlıq meydanına keçirilən zəfər yürüşü 2783 şəhidin qanı ilə yazılmışdır. Azərbaycan tarixində ilk dəfə olaraq düşməndən ələ keçirilən qənimətlərin sərgiləndiyi bu parad Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi.

Müharibədən öncə Bakıya tankları ilə gələcəyini deyən Paşinyan hakimiyyəti biabırçı vəziyyətdə müharibədə uduzmaqla bərabər silah və müasir hərbi texnikalarını da döyüş bölgəsində atıb qaçdı.


Zəfər yürüşündən sonra Ali baş komandan İlham Əliyev və Türkiyə Cumhuriyyətinin rəhbəri Rəcəb Təyyib Ərdoğanın geniş kütləyə olan nitqləri rezonans doğurdu.Bu gələcək planlara bir mesaj ola bilərmi?

-Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə cumhuriyyətinin rəhbəri Rəcəb Təyyib Ərdoğanın zəfər yürüşündə çıxışları zamanı dedikləri tarixi bir səs-sədaya səbəb oldu. Xüsusən də Ərdoğanın Ənvər Paşadan, Nuru Paşadan, Bəxtiyar Vahabzadədən Əhməd Cavada qədər tarixi Azərbaycan məfkurəsinə xidmət edən nitqi bu zəfər yürüşünün önəmli başlanğıclara addım olduğuna işarə idi.

Ərdoğan bildirdi ki, Ermənistan rəhbərləri xalqın sərvətlərini Azərbaycanın torpaqlarını işğal atında saxlamaq üçün sərf etmişlər. Halbuki bu potensial mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan tutmuş rəhbərlərin ehtiraslarına sərf edilməsəydi, bu gün mənzərə çox fərqli olardı. Erməni siyasətçilərin bunu çox yaxşı təhlil edib, sülh və sabitlik əsasında gələcəyi qurmaq məsələsində cəsarətli addımlar atmalarını arzu edirik.

Paradda türk bayrağlarının nümayişi də olduqca xoş hisslər yaradırdı. Bəs bu parad sizin üçün hansı hisslərlə yadda qaldı?

- Mən paraddan sonra həyat yoldaşım ilə telefon əlaqəsi yaratdım. O çox kövrəlmişdi. 83milyon Türkiyənin ürəyi və nəzərləri Azadlıq meydanında idi.

Bir dövlətin 3-4 rəmzi vardır. Birincisi prezident və siyasi liderlikdir. İkincisi silahlı qüvvələri,üçüncüsü bayraq və ən nəhayətində dördüncü o ölkənin ruhudur. Zəfər yürüşündə Türkiyə Cumhuriyyəti dövlətinin Türk silahlı qüvvələri və onun şərəf timsalı olan bayrağı Azadlıq meydanında idi.

Bu bayraq Kipr müharibəsində həmçininTürkiyə dövlətinin terorla mübarizəsində bütün dağları təpələri gəzən zəfərlər qazanmış şöhrətli bir sancaqdır. Onun Zəfər yürüşündə iştirakı daha böyük anlam daşıyır.


Ali baş kamandan İlham Əliyev də çıxışı zamanı bildirdi ki, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. İlham Əliyev bu mübarizədə “Dəmir yumruğun’’ gücünü düşmənə nümayiş etdirdi. Xüsusən də paradda çıxışı zamanı Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır deməklə çox önəmli bir xüsusa toxundu. İlham Əliyev çıxışının sonunda ''Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı''! sözləri ilə bitirərək iki dövlətin gücünü bir daha dünyaya nümayiş etdirmişdir.

Dünya bir daha bu parad ilə taclandırılan 44 günlük mübarizə nəticəsində anladı ki, Azərbaycan bölgədə güclü bir dövlətdir. Qarşıdakı illərdə isə artıq Türkiyə-Azərbaycan üçün yeni bir dövür başladı. Bu mübarizədən alnı açıq çıxmaq üçün də Allah yar və yardımçımız olsun.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.