METBUAT.AZ

Siyasət

Avropalı qonaqların Bakı səfərinin

5 iyl 2021 11:03

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi birlikdə hazırlanan layihəmiz çərçivəsində, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətovun Metbuat.az-a özəl yeni şərhini təqdim edirik:


27 sentyabr 2020-ci ildə Ermənistan tərəfinin təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri əks-həmlə əməliyyatlarına başladı və işğal altına olar ərazilərimizin azad edilməsinə başlanıldı. Bu müharibə tarixə 44 gün davam etmiş II Qarabağ müharibəsi kimi daxil oldu. Müharibənin nəticəsi olaraq 10 noyabr 2020-ci ildə Azrəbaycan prezidenti cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli atəşkəs bəyannaməsi imzalanmışdır.

İmzalanmış bu müqavilədən sonra, Cənubi Qafqazda yeni geo-siyasi və geo-strateji reallıqlar yaranmağa və formalaşmağa başladı. Təbii ki, bu hadisədən sonra həm region dövlətləri, həm də dünyanın digər regionunda yerləşən dövlətlərin Cənubi Qafqaza, daha dəqiq desək Azərbaycana marağı daha da artmağa başladı. Post-müharibə dövrünə qədər Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişədə demək olar ki, ikili oynamağa çalışan bəzi dövlərlər və təşkilatlar artıq Azərbaycanla dostluq və strateji əməkdaşlıq əlaqələrini genişləndirmək və dərinləşdirmək, beləliklə də münasibətləri daha da gücləndirməyə çalışırlar.

25 iyun 2021-ci ildə Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndələrinin post-müharibə dövründə Cənubi Qafqaz regionuna səfərini Azərbaycandan başlaması və bu səfər çərçivəsində ölkə başçısı cənab İlham Əliyevlə görüş keçirməsi post-müharibə dövründə yaranmış geo-siyasi, geo-iqtisadi və geo-strateji proseslərdə iştirak etmək istəklərindən irəli gəlməsi kimi də qiymətləndirmək olar.


Öncə onu qeyd etmək lazımdır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında uzunmüddətli dərin siyasi və iqtisadi əlaqələrə malikdir. Bu əlaqələri bir neçə istiqamət üzrə daha yaxşı qiymətləndirmək mümkündür. Bunlar

-ümumi tarixi-siyasi əlaqələr,

-ticarət,sərmayə və iqtisadi əlaqələr,

-enerji sahəsində əməkdaşlıq,

-yerdəyişmə və asanlaşdırılmış səfərlər,

-Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq,

-eyni zamanda Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi və dəstəkləməsi.

Ölkə başçısı cənab İlham Əliyev sözügedən qonaqlarla keçirdiyi görüş zamanı demək olar ki, yuxarıdan qeyd olunan məsələlərə toxunaraq həm Azərbaycan və Avropa İttifaqı arasında, həm də Avropa İttifaqına daxil olan ölkələrlə ayrı-ayrılıqda sıx əlaqələrin olduğunu qeyd etməklə yanaşı, həmçinin Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunub və münaqişənin həlli istiqamətində Azərbaycan tərəfinin üzərinə düşən öhdəliklərin icrası, tərəflər arasında gələcək sülh müqaviləsinə dair Azərbaycanın qoyduğu şərtləri qonaqların diqqətinə çatdırıb.

Cənab İlham Əliyevin Azərbaycan və Avropa İttifaqı münasibətlərindən danışarkən qeyd etdiyi ölkələr arasında həm Almaniya və İtaliya kimi Avropa İttifaqının nəhəng dövlətləri, həm də Liva və Rumuniya kimi kiçik dövlətlərinin olduğunu nəzərə almaq mümkündür. Həmçinin verilən statistik məlumatlara nəzər yetirdikdə, Azərbaycanın energetika sektorunda Avropa İttifaqı ölkələrinin və ümumilikdə Avropa dövlətlərinin böyük həcmli sərmayələrinin olduğu görmək mümkündür.

Daha sonra isə ölkə başçısı cənab İlham Əliyev, Ermənistan və Azərbaycan arasında uzun müddət davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər və bu məsələdə 28 il vasitəçilik etmiş ATƏT-in Minsk qrupunun fəaliyyəti barəsində qonaqları bir daha məlumatlandırdı. Ölkə başçısının çıxışından bəzi fikirləri stat gətirməklə məsələnin nədən ibarət olduğunu daha yaxşı anlaya bilərik. Cənab İlham Əliyev qeyd etdi ki, “Müharibədən əvvəlki vəziyyətə gəlincə, mən sadəcə olaraq bir daha öz mövqeyimizi ifadə etmək istəyirəm. Azərbaycan hər zaman Ermənistanla münaqişənin sülh yolu ilə həllinə sadiq olub və bizim 28 il ərzində Minsk qrupu yaradılandan etibarən danışıqlar prosesində olmağımız faktının özü bunun aşkar göstəricisidir. Biz məsələni sülh yolu həll etmək istəyirdik və danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlərimiz var idi”.

Dövlət başçısının bu fikrindən belə nəticəyə gəlmək olar ki, uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın sülh danışıqlarını davam etdirməsinin əsas səbəblərindən biri də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə bəzi ümidlərin olduğuna inanmasıdır. Eyni zamanda 28 il ərzində münqaişənin həlli istiqamətində ATƏT-in fəaliyyətinin heç bir nəticə verməməsi regionda atəşkəs rejminin yenidən pozulmasına və münaqişənin yenidən alovlanmasına səbəb oldu. Sözsüz ki, dövlət başçısı ATƏT-in üzərinə düşən vasitəçilik missiyasının nə dərəcədə icra etdiyini xatırlatmaqla həm də onu qeyd etmək istəyirdi ki, zamanında həmin ATƏT Ermənistana qarşı yetərincə təziq etsəydi, nə münqişə 30 il davam edərdi, nə də II Qarabağ münaqişəsi baş verərdi.

Ölkə başçısının çıxışından digər bir statda isə münaqişənin kim yaxud kimlər tərəfindən uzadıldığını açıq şəkildə göstərmiş oldu. Ölkə başçısı qeyd edir ki, “Mən 2003-cü ildən danışıqlar prosesində iştirak etmişəm. Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam və sizə deyə bilərəm ki, bu, dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə idi. Çünki uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi. Onlar beynəlxalq və Avropa təşkilatlarını çaşdırmağa çalışırdılar ki, onlar həll istəyirlər, Azərbaycan isə konstruktiv deyil. Son vaxtlar baş verənlər isə çox sayda təxribatçı addımlar atmış, əməllər törətmiş və müharibəyə təhrik etmiş Ermənistan hökumətinin məsuliyyətidir. Mənim mövqeyimi sübut edə bilən çox sayda dəlil var. Mən sizə cəmi bir neçə nümunə göstərəcəyəm. Ermənistanın müdafiə naziri ictimai şəkildə bəyan etdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Bu, Azərbaycana qarşı açıq təhdid idi”.

Cənab İlham Əliyev bu nitqi ilə açıq şəkildə onu bildirdi ki, uzun illərdi münaqişənin həll edilə bilməməsinin əsas səbəbkarı Ermənistan tərəfi, daha dəqiq desək hakimiyyətdə olmuş qüvvələr idi. Yəni nə Robert Koçaryan, nə Serj Sarkisyan və nə də Nikol Paşinyan danışıqlar prosesində kostruktiv mövqe tuta bilmədilər. Yəni görünən o idi ki, Ermənistan tərəfi bir tərəfdən danışıqlarda imitasiya siyasətindən istifadə etməklə danışıqlar prosesini uzatmaq və beləliklə də həmin dövr üçün mövcud olmuş status-kvonu qorumağa çalışır, digər tətəfdən Ermənistanın müdafiə naziri Azərbaycanın ərazilərini işğal etməklə bağlı təhdidlər səsləndirirdi. Qısa olaraq onu qeyd etmək olar ki, bu baş verənlər Azərbaycana qarşı təhdid xarakteri daşımaqla yanaşı, həm də II Qarabağ müharibəsinin başlaması üçün qığılcım rolu oynamağa başladı.


Ölkə başçısı cənab İlham Əliyevlə görüşü zamanı avropalı qonaqların çıxışlarından belə qənaətə gəlmək olar ki, Avropa İttifaqının məqsədi Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla münasibətləri daha da inişaf etdirmək və Azərbaycanın regionda daima artmaqda olan siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik imkanlarından Avropa İttifaqı üçün qarşılıqlı şəkildə səmərəli istifadə etməkdir. Məhz buna görədir ki, avropalı qonaqlar Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında Azərbaycanın rolunun əvəzsiz olduğunu qeyd etdilər. Avropalı qonaqlar həmçinin Azərbaycana səfərin əsas məqsədinin bu ilin sonuna kimi keçrilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı Zirvə toplantısına hazırlıqla da bağlı olduğunu qeyd ediblər.

Onlar həmçinin Azərbaycanı tolerantlığın, multikulturalizmin və dinlərarası dialoqun nümunəsi kimi yüksək qiymətləndiririk.

Nəhayət, Azərbaycanın hər gün bölgədə və artan nüfuzu, mühüm strateji əhəmiyyətə malik coğrafiyada yerləşməsi, istər qonşu və region ölkələri, istərsə də digər dövlətlərlə qarşılıqlı və bərabərtərəfli hörmət prinsiplərinə əsaslanan siyasət yürütməsi, Avropa İttifaqı üçün daha məqsədəuyğun və cəlbedici görünür. Məhz buna görə də post-müharibə dövründə Avropa İttifaqının Azərbaycana yaxınlaşmaqda əsas məqsədi, siyasi iqtisadi proseslərdən fayda götürməkdir.

Hazırladı: Gülbəniz Hüseynli


metbuat.az.