METBUAT.AZ

Turizm

Sabahdan hotellərə COVID pasportu olmayanlar buraxılmayacaq

31 avq 2021 16:32

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 250-yə yaxın mehmanxana nümayəndəsi ilə onlayn görüş keçirilib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, görüşdə ölkə ərazisində fəaliyyət göstərən mehmanxanaların xüsusi karantin rejimi dövründə fəaliyyətinə dair tələblər müzakirə olunub. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq sentyabrın 1-dən etibarən mehmanxanalarda göstərilən xidmətlərdən COVID-19 pasportu olan 18-dən yuxarı şəxslər istifadə edə biləcək. Bundan başqa, bu tələb ilə əlaqədar COVID-19 pasportlarının yoxlanılması üçün hazırlanmış xüsusi mobil tətbiq də istifadə ediləcək.



metbuat.az.