METBUAT.AZ

Siyasət

İran Azərbaycanın 44 günlük zəfərini həzm edə bilməyib -

15 okt 2021 14:40

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi birlikdə hazırlanan layihəmiz çərçivəsində, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətovun Metbuat.az-a özəl yeni şərhini təqdim edirik:

II Qarabağ zəfərindən sonra təkcə Cənubi Qafqazda deyil, eyni zamanda regionun geosiyasi və geostrateji vəziyyət dəyişməyə başladı. Şübhəsiz ki, bəzi dövlətlər bu dəyişimin baş verməsini istəmirdilər və ona görə də bütün gücü ilə proseslərin qarşısını almağa çalışırdılar. Təəssüflə qeyd etmək lazımdır ki, həmin dövlətlərdən biri də qonşu İran dövlətidir.

SSRİ-nin parçalanması və Azərbaycan müstəqillik əldə etməsi demək olar ki, İranı sözün əsl mənasında ciddi narahat etməyə başladı. Ona görə də İran Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə gizli şəkildə dəstəyini vermiş və regionda 1994-cü ildə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəsdən sonrakı status-kvonun qorunub saxlanılmasına çalışmışdır. II Qarabağ savaşı dövründə və ondan sonrakı mərhələdə İranın regionda baş verən proseslərdən kənarda saxlanılması İran xarici siyasəti üçün ciddi zərbə oldu və ona görə də bütün imkanlarından istifadə edərək təxribatçı və ikibaşlı siyasətini davam etdirməyə çalışır. Təbii ki, burada xüsusilə qeyd etmək lazımdər ki, İran demək olar ki, hər zaman əməli olaraq Ermənistana, sözdə isə Azərbaycana dəstəyini ifadə etmişdir. İranın lI Qarabağ savaşından sonra ilk təxribatı 10 dekabr 2020-ci ildə Azərbaycan qazandığı qələbə münasibəti ilə Bakıda təkil edilmiş "Zəfər Paradı" ilə başladı. Təşkil edilmiş həmin paradda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın söylədiyi şeir İranın əsl niyyətini ortaya qoymuş oldu. Bu şeirdən sonra İranın XİN başçısı Məhəmməd Cavad Zərif təxribat xarakterli tvit yazmış və iki ölkə arasında ciddi skandalın baş verməsinə səbəb olmuşdur.


İranın Azərbaycana qarşı təxribatları bundan sonra daha çox artmağa başlamış və bu məsələ artıq hansısa müəyyən dairələr tərəfindən deyil, dövlət səviyyəsində təşkil edilməyə başlanılmışdır. I Qarabağ savaşından sonra Azərbaycanın dəfələrlə xəbərdarlıqlarına və notasına baxmayaraq, İrana məxsus yük maşınları rus "sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi Qarabağ ərazisində hələ də varlığını qoruyub saxlamış "qondarma" rejimə hər cür dəstəyini davam etdirməkdədir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən dəfələrlə İrana dostluq və mehriban qonşuluq mesajları verilsə də, İran öz təxribatçı fəaliyyətlərini hələdə davam etdirməkdədir. Bu təxribatların İran tərəfindən mütəmadi hal alması isə Azərbaycanı ciddi narahat etməyə bilməzdi.

İran tərəfi bu təxribatlarını təkcə sərhəd xəttində deyil, eyni zamanda media sahəsində də davam etdirmişdir. Məhz 26 fevral 2021-ci ildə ölkə başçısı cənab İlham Əliyev beynəlxalq jurnalistlərlə görüşü zamanı İranın "Mehr Xəbər Agentliyi"nin jurnalisti tərəfindən ölkə başçısına verilən təxribatçı suallar onu göstərdi ki, İran təxribatçı əməllərindən əl çəkmək niyyətində deyil. Eyni zamanda İran yük maşınları Azərbaycandan icazə almadan Laçın dəhlizi vasitəsi "qondarma" rejmə maddi dəstəyini davam etdirməsi isə nə din qardaşlığına, nə mehriban qonşuluq prinsiplərinə, nə də beynəlxalq hüquqa uyğun deyil. Statistika olaraq onu qey etmək mümkündür ki, təkcə 11 avqustdan 10 sentyabra qədər İrana məxsus 58 yük maşını Laçın dəhlizi vasitəsi ilə "qondarma" rejmə yük daşımasını həyata keçirmişdir. Azərbaycan edilən xəbərdarlıqlara baxmayaraq İranın hansısa addımlar atdığını görmədiyi üçün avqust ayında İrandan Ermənistana gedən və Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunda polis və gömrük postları qurdu və müvafiq yoxlamalara başladı. Vəziyyət o yerə qədər gəlmişdir ki, İranın belə təxribatçı addımları ölkə başçısı cənab İlham Əliyev tərəfindən də dilə gətrilmiş və yaranmış vəziyyətin iki dövlət arasında ciddi narahatlıq doğurduğu bildirilmişdir.

İran tərəfi isə yaratdığı qeyri-stabil vəziyyəti düzəltmək əvəzinə Azərbaycana qarşı təxribat və təziqləri artırmağa başlamışdır. Daima Ermənistana yardım edən İran dövləti Azərbaycan,Türkiyə və Pakistanın Xəzərdə təşkil etdiyi birgə hərbi təlimlər keçirməsinə qısqanclıq və paxıllıq hissi ilə yanaşaraq keçirilən hərbi təlimlərdən narahat olduğunu açıqca dilə gətirmişdir. Bundan əlavə, Azərbaycan və Türkiyənin Azərbaycanda təlimlər keçirməsi də İran tərəfində ciddi narahatlıq yaratmışdır.

İran bu təlimlərə cavab olaraq Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə sərhəddə Aslandüzdən başlayaraq İran Culfasına kimi ərazidə ilk dəfə olaraq genişmiqyaslı təlimlər keçirmiş və bunu Azərbaycana güc nümayişi olaraq təqdim etməyə çalışırdı. Həmçinin İranda bəzi təbəqələrin, xüsusilə də dini təbəqələrin nümayəndələri Azərbaycana qarşı təhqir və təxtibat zarakterli fikirlər söyləmişdir və bu tendensiya bugün də davam etməkdədir.

Qardaş Türkiyənin yaranmış vəziyyətlə əlaqədar olaraq İrana verdiyi ciddi reaksiya İranı müvəqqəti olaraq geri çəkilməyə məcbur etsə də, qısa müddət sonra yeni təlimlər keçirəcəyi barədə məlumatlar yayılmağa başladı. Baş verənlərdən nəticə çıxarmayan İran tərəfi oktyabrın əvvəlində "Xeybərin Fatehləri" adı altında ikinci dəfə də Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı. Bu isə həm ölkə başçısı İlham Əliyev tərəfindən, həm də Azərbaycandakı müxtəlif təbəqənin nümayəndələri tərəfindən ciddi narazılıqa səbəb oldu. Məhz buna görə Prezident baş verən hadisə ilə bağlı narahatlığını açıqca dilə gətirməli oldu.

Nəhayət, baş vermiş hadisələrin və İrana qarşı artan təzyiqlərdən sonra İran XİN başçısı Abdullahiyan Rusiyaya səfər etdi və Rusiya XİN başçısı Lavrovla görüşdü. Lavrovdan gözlədiyi dəstəyi ala bilməyən Abdullahiyan artıq məcburi şəkildə Azərbaycan və Türkiyə ilə dil tapmağa məcbur olduğunu anladı. Təbii ki, iki ölkə arasında mövcud olan əlaqələrin təməl bazası İranın riyakar siyasəti nəticəsində zədələnmiş oldu. Bütün atılan addımlardan belə qənaətə gəlmək olar ki, İran 10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış Zəngəzur dəhlizinin açılmasını qətiyyən istəmir və atdığı təxribat xarakterli addımların arxasında da məhz bu amil dayanır. Bu isə İranın özü üçün ciddi təhdid deməkdir. Fikrimcə, İran hökuməti atdığı addımlarda 40 milyonluq azərbaycanlı amilini yaddan çıxarmamalıdır. Əgər İran Azərbaycanla hansısa ciddi qarşıdurmaya gedərsə, bu İranın dövlət kimi varlığını şübhə altına qoymuş olacaq.

Gülbəniz Hüseynli / METBUAT.AZ


metbuat.az.