16 fev 2022 13:57
Bu ilin yanvar ayında "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - "Buta Airways" birlikdə 119 min sərnişin daşıyıb.
AZAL-dan Metbuat.az-a verilən məlumata görə, bunun 91 mini AZAL-ın özünün, 28 mini isə "Buta Airways"in payına düşüb.
Bunlar Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının müvafiq olaraq 39,1 %-ni və 12,1 %-ni təşkil edib.