METBUAT.AZ

Turizm

AZAL Bakı-Berlin reysini bərpa edir

13 apr 2022 11:04

“Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 29-dan Bakıdan Almaniyanın paytaxtı Berlinə reysləri bərpa edəcək.

Bu barədə Metbuat.az-a AZAL-dan bildirilib.

Məlumata görə, Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.

Aviabiletləri www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Almaniyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc edilib: https://www.azal.az/az/information/covid-germany.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.


metbuat.az.