3 iyn 2022 14:54
İyunun 23-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-London-Bakı reyslərini Hitrou beynəlxalq hava limanının 4-cü terminalına (terminalından) həyata keçirəcək.
Metbuat.az xəbər verir ki, bu barədə AZAL-ın sərnişinlərə müraciətində bildirilir.
Xatırladaq ki, aviaşirkət yay uçuş cədvəli çərçivəsində Böyük Britaniyanın paytaxtına həftədə 3 dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuşlar yerinə yetirir.