METBUAT.AZ

Turizm

Bu şəhər islam ölkələrinin turizm paytaxtı seçildi

29 iyn 2022 00:54

Türkiyənin Şanlıurfa şəhəri 2023-cü ildə islam ölkələrinin turizm paytaxtı seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy tviterdə yazıb.

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci sessiyası zamanı dörd ölkənin namizədi arasında Şanlıurfa 2023-cü il turizm şəhəri seçildi”, - deyə Ersoy qeyd edib.

Onun sözlərinə görə, Özbəkistanın Xivə şəhəri isə 2024-cü ildə turizm paytaxtı seçilib.


metbuat.az.