METBUAT.AZ

Turizm

​Yay tətilini Azərbaycanda keçirmək neçəyə başa gəlir -

4 iyn 2022 08:21

Məlum olduğu kimi, Azərbaycanda 2019-cu ildən davam edən sərt karantin qaydaları demək olar ki,azaldılıb.Yay fəsli yaxınlaşdıqca tətil üçün xaricə üz tuta bilməyənlər, daxili turizmin imkanlarından yararlanmaq istəyir.

Metbuat.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin apardığı son sorğulara görə, əcnəbi turistlər əsasən Göygöl, Lerik, Qəbələ və Qubanıbəyənirlər. Onlar üçün ən populyar şəhərlər Bakı (63 min), Qəbələ (50 min), Qusar (30 min), Lerik (22 min) və Qubadır (20 min).

Bəs daxili turizmimizdən yararlanmaq istəyən vətəndaşlarımız üçün qiymətlər nə yerdədir?

Araşdırmalarımıza görə, ölkədaxili birgünlük turlara nəqliyyat, səhər yeməyi və ekskursiyalar daxildir. Hazırda 1 nəfər üçün günlük turlar İsmayıllı – Qəbələ turu 25 manatdan başlayır,Lənkəran –Lerik turu 25, Quba –Xınalıq turu 45 manat təşkil edir, Gədəbəy turu 35 manat təşkil edir, Quba turu 22, Şəki - Qax - İlisu turu - 30 manat təşkil edir.

İkigünlük turlardakı qiymətlər bir az daha yüksəkdir. Bu turlarda nəqliyyat və 2 dəfə səhər yeməyindən başqa hoteldə gecələmə, əyləncəli oyunlar, ekskursiyalar daxil edilir. Məsələn,
Quba - Qusar turu 1 nəfər üçün 110-120 manat, Tovuz- Gədəbəy 80 manat, Balakən Zaqatala- Qax turu 80 manat, Qax - Şəki - Qəbələ 80 manatdan başlayır.

Naxçıvana getmək istəyənlər üçün 2 günlük istirahət paketləri 200 manatdan başlayır. Buraya hotel, gəzinti, təyyarə bileti, gündə2 dəfə səhər yeməyi daxildir.

Turla istirahət etmək istəməyib öz şəxsi büdcələri ilə istirahət etmək istəyənlər üçün isə qiymətlər də tur qiymətlərindən kəskin fərqlənir.

Araşdırmalarımıza görə, bölgələr üzrə sadəcə1 gecəlik qalmaq üçün turizm imkanlarına cavab verən hotellərdə 100 manatdan başlayan qiymətlər var. Turizm imkanlarına ən yüksək səviyyədə cavab verən hotellərdə isə bu qiymətlər 200 manatdan başlayır və buraya sadəcə səhər yeməyi daxildir.

Belə ki, cənub zonasında hazırda 1 gecə üçün 2 nəfərlik yerlərin qiyməti 100 manatdan başlayır və bu qiymət 300 manatadək çata bilir. Hətta bəzi hotellərdə həftə içi və həftə sonu qiymətlər arasında artımla müşahidə olunan qiymət fərqi var. Qeyd edilən qiymətlərə sadəcə səhər yeməyi daxildir. Ailəvi yerlr isə 200 manatdan başlayır.

Xarici turistlərin ən çox önəm verdikləri Qəbələ -İsmayıllı bölgəsindədə qiymətlər turizm imkanlarına görə dəyişir.1 gecə üçün tək nəfərlik 70 manata da hotel tapa bilərsiniz, amma turizm imkanları orta və daha yüksək səviyyədə olan hotellər şəbəkəsində qiymətlər 100 manatdan başlayaraq 300 manatadək çata bilir.

Azərbaycanın zəngin təbiət imkanlarına malik Quba – Qusar bölgəsindəki qiymətlər digər bölgələrdəki qiymətlərdən çox da fərqlənmir. Bu zonada da yaxşı istirahət etmək üçün pul kisənizin ağzını daim açıq tutmalısınız. 1 gecəlik və tək nəfərlik, sadəcə səhər yeməkləri daxil olan təklif qarşılığında 150 manatdan yuxarı xərc ödəmlisiniz.

Şəki -Zaqatala bölgəsində də qiymət fərqi çox deyil. Turizm imkanları nisbətən zəif hotel şəbəkələri üçün 1 gecə üçün 100 manatdan az xərc ödəyə bilərsiniz. Nisbətən daha yüksək səviyyəli hotellərdə isə100 manatdan yuxarı qiymətlər mövcuddur .

Həmçinin Naxçıvanda istirahət etmək istəyənlər üçün də geniş turizm imkanları mövcuddur. Araşdırmalarımıza görə, burada da hotel imkanlarından istifadə qiymətləri 1 gecə üçün 100 manatdan başlayır.

Qeyd etmək lazımdır ki, araşdırma zamanı 50 manatdan başlayan turizm yerlərinə də rast gəldik. Sadaladığımız bu qiymətlər turizm imkanlarını orta və yüksək səviyyədə təşkil edən hotellər şəbəkəsinə aiddir.


metbuat.az.