16 iyl 2022 11:19
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-023 nömrəli Bakı-Bodrum reysi texniki səbəblərə görə gecikir.
Metbuat.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, sərnişinlər Bodruma digər təyyarə ilə yola düşəcəklər. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.