METBUAT.AZ

Turizm

Heydər Əliyev Beynəlxalq Aeroportu “Qazaq Air”in ilk reysini qəbul edib

7 iyl 2022 18:55

Bu gün "Qazaq Air” şirkətinin ilk təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Bu barədə Metbuat.az-a hava limanının mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu həftədən etibarən Qazaxıstanın aviadaşıyıcısı yeni Aktobe-Bakı-Aktobe və Nur Sultan-Bakı-Nur-Sultan (Aktobe üzərindən tranzit) marşrutu üzrə müntəzəm reyslər yerinə yetirəcək. Bu istiqamətdə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Bu marşrut üzrə uçuşlar 86-ya qədər sərnişin oturacağı ilə təchiz edilmiş Kanada istehsalı olan “De-Havilland Dash 8-Q400” hava gəmisində həyata keçirilir. Bu istiqamət üzrə aviabiletləri aviadaşıyıcının rəsmi internet saytında www.flyqazaq.com, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür. Səyahət etməzdən öncə bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı hər iki ölkədə mövcud giriş qaydalarına dair ən son məlumatları yoxlamaq tövsiyə olunur.


metbuat.az.