15 avq 2022 09:52
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysi texniki səbəbdən gecikir.
Bu barədə Metbuat.az AZAL-a istinadən xəbər verir.
Məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.