METBUAT.AZ

Gündəm

ÖZƏL

16 avq 2022 11:42

İnanılmaz olan bir şey baş verəndə inandığın nə varsa sorğulamalı olursan...

Hər birimizin qəlbində inanmaq hissi var. Kimisi Tanrıya inanır, kimisi Allaha, kimisi öz qəlbinin aynasında olana. Məsələ inanmaqdırsa bu hiss qəlbimizdə doğulduğumuz zaman deyil zamanla yuva edir. İnandıqlarımız istər dini şəxsiyyətlər olsun istərsə də bizə güc verən varlıq olsunona duyduğumuz bu hissdən ilhamlanıb yaşayırıq. Biz hesab edirik ki, dini imanımızın varlığı bizi saflaşdırıb mükəmmələ yaxın edir. Həyata gəldiyimiz gündən etibarən valideynlərimiz, ətrafımız bizi sevənlər cənnət və cəhənnəmin varlığını, pis yaxşı əməlin mükafatı olduğu barədə bizi eşitdirirlər. Sən yetkin yaşda olanda anlayırsan ki, kimisi incitmək, zorakılıq, qaba əməlin “mükafatı” ağırdır və bu ömür qatarın son dayanacağa çatan zamanəməl dəftərinə görə o dünyada yerimn bəlli olacaqdır.Bəzilərimiz ümumiyyətlə o dünya anlayışını dərk etməsə də qəlbində nifrət, sevgi, bağışlamaq , doğru olanı görüb etmək hissi ilə ömrünü sona yetirir. Onlar bəlkə də yaşamın sonuna qədər bir dəfə də olsun ibadət barədə düşünmürlər. Amma bu dünyada, kainat və digər kainatların - var olanın bir sahibi olduğunun da fərqindədirlər. ..

Yaxşı insan olmaq cənnət vəd edirmi?

Bu günlərdə yaşadığım bir hadisə həyatımda inam hissimi sorğulamağa cəh etdi. Yaxın qohumlara baş çəkməyə getmişdik. Adətən peşəmdən və maraq dairəmdən irəkli gələrək olduğum yerdə dişə dəyən söhbətlərə qoşulub sual və fikirlərimi bildirən bir insan olmuşam. Həmin gün də mövzu İslam dininə qədər gedib çıxdığı əsnada mən bir neçə sualıma cavab istədim. Müsahibim də ərəb əsilli idi və Azərbaycana tələbə kimi gələrək sonrada burada öz həyat bağlarını möhkəmlətmişdi. Bu şəxs eyni zamanda dindar idi və ailəsindəki xanım da islam dininin qaydalarına uyğun namaz qılıb örtünmüşdü.

Mən hər zaman dünyada gəlib gedən insanların sonrakı taleyi ilə maraqlanmışam. Yəni bir zamanlar dünyəvi dinlərin olmadığı bir dövrlərdə yaşayıb dünyadan gedənlər görəsən yaşadıqları yaxşı və pis əməllərə görə imtahan olunurlarmı? deyə çox düşünürdüm. Dünyada təxminən 124-dən çox din və ya etiqad mövcud olduğu söylənilir. Amma yalnızüç dünyəvi dinin ibadət əhlimi cənnət və cəhənəmin sakini olacaqmış kimi də fikirlərim var idi. Sualım da o formada oldu ki, bu günə qədər ölüb gedən insanları gözləyən o əbədi mükafat və sonsuz cəza nə olacaqdır. Cavab isə sadə oldu. Bu dünyada yalnız müsəlman olan şəxslərcənnət üzərində bir-biri ilə yarışacaqlar. Mən şaşırmış bir vəziyyətdə yenidən sual verdim ki, axı Musa və İsa peyğənbər müsəlman deyildi amma yer üzündə milyonlarla insan onların yolunu seçib Allahın təkliyinə inanır və ibadət edir. Məgər bu onlara haqsızlıq sayılmazmı? Cavab isə belə oldu. Əslində Musa və İsa peyğənbər də müsəlman idilər. Yer üzündə tək din islamdır, və yalnız həqiqi ibadət əhli olan beş rükət namaz qılıb hər gün Allaha yalvarıb dua edənlərin məkanı əməllərinə görə cənnət və cəhənnəm arasında müəyyən ediləcəkdir.

Qəribə olsa da, mən sual verməyə, o şəxs danışdıqca beynimi sorğulamaya davam edirdim.

-Yaxşı, Allaha inanana, peyğənbərimiz Mühəmmədin ə.s sünnəti olan, ailəsi və doğmaları, çevrəsinə qarşı yaxşı insana xas keyfiyyətlərə sahib olmağa çalışan müsəlman olduğunu deyən düzgün minlərlə insan var. Onlar şeytandan da uzaqdırlar yalnız təmiz həyatın üstünlüyünü dərk edib ailə dəyərlərinə, mentalitetə hətta çox insanın bacarmadığı məqbul sayılan dəyərlərə uyğun yaşayırlar. Tək qüsurları odur ki, namaz qılmırlar, saqqal saxlamır, uzun geyimlərlə vücudlarını qapamır, baş örtüsündə də deyillər. Bu halda onları digər dünyada nə gözləyir?

Cavab:Onlar müsəlman deyillər, yalnız yaxşı insan sayıla bilərlər. Bu dünya üçün yaşadıqları və ibadət etmədikləri üçün Tanrı onları cəhənəmə layiq görəcəkdir. Amma ən doğrusunu da yenə O bilir.

Bu anda mən stress keçirməyə başladım. Axı necə ola bilərki tək ibadət etmədiyinə görə sənin bütün yaxşı əməllərin, gözəl insan, şəxsiyyət olmağının heç bir dəyəri olmasın.

İçimdəki qəzəbi güclə cilovlamağa çalışaraq yenə sual verdim.

Bu anda mən istəmədən səsimi qaldıraraq “ Belə çıxır ki, bütün günahları edib, sonra tövbə edib namaz qılsam, təkrarən hər səhvimi tövbələrlə yumağa çalışıb son nəfəsimə qədər tövbə və şeytan arasında yol qət etdiyim təqdirdə müsəlman sayılıram amma tək namaz qılmadığıma görə hətta Allahı və peyğənbərini qəbul etdiyim halda belə bütün insani keyfiyyətlərimlə bərabər yenə müşrük,kafirmi oluram?. Bu ədalətsizlikdir” -, dedim.O adam isə sakit bir halda həyat yoldaşıma üzünü çevirib

“Əgər sənin yoldaşın namaz qılmırsa, sən onu buna dəvət etdiyin təqdirdə qulaq asmırsa sənin ondan arılmağa haqqın var” dedi... “Bu sanki kommunist kimi danışır, və belə düşücə kafirliyə işarədir”, - deyə əlavə etdi...

Bütün inandıqlarım yoxsa yeni eşitdiklərim....

Nə olursa olsun hər zaman yer üzünü idarə edən bir danılmaz qüvvəyə inanmışam. Daima axtaran insanlar sorğu edirlər. Onların analiz imkanları geniş olur. Savadlı dini düşüncə ilə cahil dini düşüncə arasında fərqlər var. Bu gün yer üzündə İslam bayrağı altında törədilən yüzlərlə hadisənin də dinə əlaqəsi yoxdur. Mən insanların xristian, buddist, deist, şaman olmasından asılı olmayaraq onların insani keyfiyyətlərinə görə qiymət verilməli olduğunu düşünürəm. Mən sonuncu Peyğənbərimizin yaydığı dinin gözəlliyinin də fərqindəyəm. Çünki İslamın rahatlıq verdiyi, insanın ruhunu təmizlədiyi düşüncəsindəyəm. Amma dualar etsəm də, hər gün yer üzünə sülh, körpələrə sağlamlıq, susuzlara, aclara loxma, xəstələrə şəfa diləsəm də, bunun tək namaz başında edilməli olmadığı düşüncəsindəyəm. Əsla dindar insanlara qarşı ikrah hissim də yoxdur. Namaz zamanı mən onları maraqla izləyirəm. İstər məsciddə olsun, istər kilsədı, istər hər hansı bir ibadətgahda fərq etməz,əsas mənəviyyatınınimtahanında çıxıb sonra Allaha yaxın olmalısan. Bəlkə də mən özümü o namaza layiq bilmirəm. Bəlkə də mən hazır deyiləm. Amma buna görə, kiminsə ailəmin dağılmasını gözümün önüdə deyib məni qıcıqlandırması da islamdan deyildir kimi düşünürəm. Həyat ağ və qaradan ibarət deyildir. Ortada digər rənglərin uyumu da var. Sadəcə hər insan onun fərqində deyildir. Bəlkə də biz Tanrının yaratdığı xüsusi insanlarıq. Sorğulamaq islamda günah sayılırsa bəs insan beyni nə üçün bu imkanlara sahib formada yaradılıb?

Orta əsirlərdə katoloq kilsələrdə günaha görə müvəqqəti cəzalardan azad olunma üçün indulgensiya adlı kağızlar paylanılırdı. Sonra bu ləğv edildi və günah sayılırdı. O şəxsin mənə namaz qılmayan şəxs kafirdir, namaz qıldığın halda sənə cənnətdə yer ola bilər deməsi də indulgensiyanı xatırlatdı.

Amma əlbəttə bu sadəcə onun düşüncəsidir. Gerisini və doğrusunu isə Yaradan bilir...


metbuat.az.