27 okt 2022 19:11
“19-cu MADDƏ” Təşkilatı
ARTICLE 19
www.article19.org
Təşkilatın missiyası, fəaliyyət istiqamətləri
“19-cu MADDƏ”Təşkilatı 1987-ci ildə yaradılıb. Mərkəzi qərərgahı Londonda yerləşir.
Təşkilatın adı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsindən götürülüb. Buna görə də “19-cu MADDƏ”(ARTİCLE 19) adlanır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi söz və ifadə azadlığını ehtiva edir. Bu maddədə yazılır: "Hər bir insan əqidə azadlığına və onu sərbəst ifadə etmək hüququna malikdir. Bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq, istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq informasiyalar, ideyalar axtarmaq, almaq, yaymaq azadlığı daxildir”.
ARTICLE-19 ifadə azadlığını geniş anlamda götürür: Danışmaq, dinlənilmək, siyasi, bədi və ictimai həyatda iştirak etmək hüququnu,həm də “bilmək hüququ”nu buraya daxil edir. Məlumat axtarmaq, almaq və paylaşmaq hüququnu isə KİV qurumları ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin hüququq sayır. Təşkilatın şüarında göstərilir: “Onlayn müstəvidə və ya kənarda fikirlərinizi paylaşdığınız zaman, yaxud, məlumat axtardığınız zaman ifadə azadlığı hüququnuzdan istifadə edirsiniz. Hökumətinizi vədlərini yerinə yetirmədiyinə görə tənqid edəndə, siz, ifadə azadlığı hüququnuzdan istifadə etmiş olursunuz. Dini, siyasi, sosial və ya mədəni təcrübələri sorğulayanda, müzakirə edəndə, ifadə azadlığı hüququnuzdan istifadə edirsiniz. Dinc etirazda iştirak edəndə və ya təşkil edəndə ifadə azadlığı hüququnuzdan istifadə etmiş olursunuz. Sənət əsəri yaradanda ifadə azadlığı hüququnu həyata keçirirsiniz. Siz xəbər məqaləsini şərh edərkən – istər onu dəstəkləyirsiniz, istərsə də tənqid edirsiniz – ifadə azadlığı hüququnuzdan istifadə edirsiniz. İfadə azadlığı siyasi fərqli fikirlər, müxtəlif mədəni ifadələr, yaradıcılıq və innovasiyalar, eləcə də özünüifadə yolu ilə şəxsiyyətin inkişafı üçün əsasdır. İfadə azadlığı dialoqa imkan verir, anlaşmanı gücləndirir və ictimai bilikləri artırır. Sərbəst şəkildə fikir və məlumat mübadiləsi apara bildiyimiz zaman biliklərimiz təkmilləşir ki, bu da icmalarımıza və cəmiyyətlərimizə fayda gətirir”.
Strukturu və əməkdaşlıq meyarları
ARTICLE-19 beynəlxalq və regional ofislərdən, filiallardan ibarət olmaqla qurulub. Baş Assambleya, Beynəlxalq Şura, İdarəetmə Alt Komitəsi, Beynəlxalq Ofis kimiorqanları vardır. Baş Assambleyanın əsas funksiyası ARTICLE-19-un siyasətini, dəyərlərini müəyyənləşdirib Beynəlxalq Şuraya və Qəyyumlar Şurasına təqdim etməkdir. Baş Assambleya Beynəlxalq Şuranın fəaliyyətini, illik hesablarını nəzərdən keçirir və təsdiq edir.
Beynəlxalq Şura ARTICLE 19-un idarəedici orqanı funksiyasına malikdir. Beynəlxalq Şura təşkilatın strategiyasına, maliyyə dövriyyəsinə nəzarət edir. Tərəfdaş üzvlərin, Regional ofislərin və Beynəlxalq Ofisin ARTICLE 19-un prinsiplərinə uyğunluğunu yoxlayır.
Beynəlxalq Ofis Londonda, mərkəzi qərargahda yerləşir. Onun rolu Beynəlxalq Şuranın və Baş Assambleyanın göstərişlərinə uyğun olaraq ARTICLE 19-un xarici əməliyyatlarını həyata keçirməkdir.
ARTICLE 19-un Sahə ofisləri də vardır ki, onlar Seneqalda, Keniyada, Banqladeşdə, Meksikada, Braziliyada yerləşirlər.
Təşkilat nəzdindəki Beynəlxalq Şuraya dünyanın bütün regionlarından tanınmış insan hüquqları kampaniyaçıları, jurnalistlər və hüquqşünaslar daxildirlər. Dünya üzrə 80-dən yuxarı icraçı əməkdaşlarla işləyir.
Təşkilat Böyük Britaniyada qeydiyyatdan keçmiş xeyriyyəçi fondların yardımı ilə fəaliyyət göstərir. Rəsmən elan edib ki,dünya üzrə söz azadlığı qarşısında özlərini məsul hesab edən hökumətlər, fondlar və fərdlər vasitəsilə dəstəklənirlər.
ARTICLE 19 monitorinqlər keçirir, tədqiqatlar aparır. Dünyanın müxtəlif regionlarında söz azadlığına qarşı təhdidlərin, milli və qlobal tendensiyaların, uzunmüddətli strategiyaların hesabatını hazırlayır, təhlil edir. O, 1992-ci ildə IFEX-i yaradan əsas üzvlərdən biridir. Dünyanın istənilən nqtəsində baş vermiş media insidentləri barədə İFEX vasitəsilə operativ xəbərlər alır.
Kampaniyalar: Media plüralizmi, müstəqilliyi, təhlükəsizliyivə baxışların fərqliliyi ilə əlaqədar kampaniyalar keçirir.
Məhkəmə proseslərinə yardım etmək: Yerli və beynəlxalq məhkəmələrdə hüquqları pozulmuş fərdlərin və ya qrupların adından məhkəmə proseslərində iştirak edir. Söz azadlığı ilə bağlı gərginlik olan ölkələrə missiyalar göndərir.
Lobbiçilik: Milli hökumətlərdə, beynəlxalq və regional orqanlarda yerli qanunları beynəlxalqstandartlarayaxınlaşdırmaq üçün lobbiçilik edir.
ARTICLE 19 təşkilatı ayrı-ayrı ölkələrdə qəbul edilən yeni media qanunlarını diqqətlə izləyir,hökumətlərə bu qanunların beynəlxalq standartlara necə yaxınlaşdırmağın lazım olması ilə bağlı məsləhətlər verirlər. "Fikir prülarizmini əngəlləyən qanunlara qarşı kampaniyalar təşkil edir. ARTICLE 19 -u beynəlxlq statuslu digər media təşkilatlarından fərqləndirən əsas xüsusiyyət də onun məhz qanunvericilik məsələləri üzrə ixtisaslaşmasıdır. Təşkilatın regional qanunvericilik üzrə xüsusi nəşrləri mövcuddur.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən hazırlanıb.
Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.
Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.
Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.