METBUAT.AZ

Turizm

Bakı-İstanbul reysini yerinə yetirən təyyarə geri qayıdıb

5 okt 2022 13:53

“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Metbuat.az Heydər Əliyev Beynəlxalq Aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.


metbuat.az.