METBUAT.AZ

Turizm

Bu il xarici turistlər ölkəmizdə 1 milyard dollardan çox məbləğ xərcləyib

31 okt 2022 15:06

Bu ilin yanvar-sentyabr aylarında xarici vətəndaşlar bank kartları vasitəsi ilə Azərbaycanda 1,7 milyard manatlıq əməliyyat aparıblar.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın son sayında məlumat verilib.

Hesabata görə, bu da illik müqayisədə 863,5 milyon manat və ya 50,79 % çoxdur.

Bu ilin sentyabr ayında isə əcnəbilərin bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 155,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon manat yaxud 25,1 % çoxdur.


metbuat.az.