METBUAT.AZ

Turizm

AZAL İspaniyada beynəlxalq turizm və ticarət sərgisində iştirak edir

30 noy 2022 14:59

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Ispaniyanın Barselona şəhərində keçirilən "IBTM World 2022" beynəlxalq turizm və ticarət sərgisində iştirak edir.

Metbuat.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, aviaşirkət Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu ilə birlikdə ölkənin turizm imkanlarını və xarici turistləri cəlb edə biləcək tranzit marşrutlarını geniş təqdim edir.


metbuat.az.