29 apr 2023 13:50
Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatı ilə əlaqədar olaraq 29 və 30 aprel tarixlərinə əlavə qatar reysləri təyin edib.
Bu barədə Metbuat.az-a ADY-dan bildirilib.
Belə ki, 29 və 30 aprel tarixlərində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq.
Əks istiqamət üzrə isə 29 və 30 aprel tarixlərində əlavə reyslə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, Ağstafadan isə saat 17:10-da yola düşən qatar saat 22:05-də Bakıya çatır.
Marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.