METBUAT.AZ

Siyasət

Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq -

29 apr 2023 14:53

Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Selçuk bəy bu ayın əvvəlində, aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və “Bayraktar” mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq”.


metbuat.az.