29 apr 2023 22:46
Azərbaycanlı model Diana Əhədpur özünə doğum günü partisi təşkil edib.
Metbuat.az xəbər verir ki, tədbir İstanbulun dəbdəbəli “Six Senses Kocataş Mansions” hotelində baş tutub.
Mərasimdə dünyanın dörd bir tərəfindən tanınmış simalar, o cümlədən modelyerlər, iş adamları və s. şəxslər iştirak ediblər. Bundan əlavə, türkiyəli müğənnilər Deniz Seki və Şimal qonaqlar arasında olublar.
Tədbir ərzində Diana Əhədpura saysız-hesabsız dəyərli hədiyyələr təqdim olunub. Ən yaddaqalan hədiyyə isə Diana Əhədpurun 924 karatlıq qızıldan hazırlanmış portreti olub ki, bu əsərin də qiyməti 30-50 min manat məbləğində qiymətləndirilir. Sənət əsərinin müəllifi azərbaycanlı rəssam Elnur Mahmudovdur.
Həmin görüntüləri təqdim edirik: