28 apr 2023 18:33
Martda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 218,1 milyon manat təşkil edib.
Metbuat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayına istinadla bildirir ki, yanvar-mart aylarında isə əcnəbilər bank kartları vasitəsilə 551,9 milyon manatlıq əməliyyat aparıblar.