29 apr 2023 09:19
İsrailin Azərbaycandakı Səfirliyi Tərtərdə mülki şəxslərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:
"Bu gün üç Azərbaycan vətəndaşının minaya düşməsi nəticəsində həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk.
Allah rəhmət eləsin!"