METBUAT.AZ

İdman

Musa Qurbanlı transfer iddialarına cavab verdi:

28 apr 2023 19:45

Daha öncə Avropanın bir neçə klublarının Musa Qurbanlı ilə maraqlandığı ilə bağlı məlumat yayılmışdı.

Metbuat.az-ın məlumatına görə, Ağdam təmsilçisinin hücumçusu gələcək karyerası barədə açıqlama verib. Azərbaycan millisinin 21 yaşlı futbolçusu hələ ki, karyerasını xaricdə davam etdirmək istəmir:

"Hələ ki, Avropada oynamaq fikrim yoxdur. Bu məlumatı mətbuatdan öyrənmişəm".

Qeyd edək ki, daha öncə Türkiyədən "Beşiktaş", İtaliyadan "Torino" klublarının Musa ilə maraqlandığı bildirilirdi.


metbuat.az.