METBUAT.AZ

Dünya

Sudanda vəziyyət gərgindir:

29 apr 2023 11:59

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında silahlı qarşıdurma başlayandan bəri 400-dən çox dinc sakin ölüb, 2000-dən çox insan yaralanıb.

Metbuat.az Əl Ərəbiyyə telekanalına istinadən xəbər verir ki, bu məlumatı Sudan həkimlərinin həmkarlar ittifaqı da təsdiqləyib.

Məlumata görə, toqquşma bölgələrində yerləşən 86 xəstəxanadan 61-i tamamilə yararsız vəziyyətə düşüb.

Xatırladaq ki, toqquşmalar aprelin 15-də Sudanın paytaxtı Xartumda və ölkənin şimalında yerləşən Merow hərbi bazası yaxınlığında başlayıb.


metbuat.az.