29 apr 2023 09:43
Danimarkada Türkiyə bayrağına və Qurani-Kərimə qarşı hücum edilib.
Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyədəki prezident seçkisində səsvermə prosesi zamanı həmin ölkənin Danimarkadakı səfirliyi önündə islamafob "Patrioterne Gar Live" adlı qrupun üzvü Türk bayrağını yerə atıb. Səsverməyə gələn Türkiyə vətəndaşlarının etirazı ilə polis tərəfindən qrupun üzvü ərazidən uzaqlaşdırılıb .
Səfirlikdən bildirilib ki, bu kimi təxribatların qarşısını almaq üçün əvvəlcədən tədbir görülüb.
Türkiyə tərəfi baş verən hadisə ilə bağlı Danimarkadakı səlahiyyətli orqanlara xəbərdarlıq edib.
Xatırladaq ki, Danimarkada bundan öncə 3 dəfə -martın 24-ü, 31-i və aprelin 14-də Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurana və Türk bayrağına hücum edilib.