METBUAT.AZ

Hadisə

35 min 900 saxta ABŞ dollarını dövriyyəyə buraxmaq istəyən şəxs saxlanılıb

9 may 2023 15:02

Bakıda 35 min 900 saxta ABŞ dollarını dövriyyəyə buraxmaq istəyən şəxs saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən paytaxt sakini Nizami Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı saxta 35 min 900 ABŞ dollar aşkar olunaraq götürülüb. Nizami Quliyev saxta əskinasları paytaxt ərazisində müxtəlif vasitələrdə dövriyyəyə buraxmaq üçün əldə etdiyini bildirib.
Faktla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Nizami Quliyev barəsində cinayət işi başlanılıb, əməliyyat-istintq tədbirləri davam etdirilir.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə paytaxt ərazisində moped oğurluğu ilə məşğul olan Şamil Şıxəliyev və Pərviz Qasımov saxlanılıblar. Onların Bakının müxtəlif ünvanlarında 4 ədəd mopedi sutkanın qaranlıq saatlarında oğurladıqları və pul müqabilində satıqları müəyyən edilib. Qrup üzvlərinin Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər edib-etmədiklərinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.



metbuat.az.