23 may 2023 09:44
2015-2021-ci illərdə baş verən qətllər nəticəsində təxminən 3 milyon 100 min insan həyatını itirib.
Metbuat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) rəhbəri Qada Fəthi Vali BMT-nin Vyana ofisində Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının 32-ci Sessiyasının iclasında deyib. O, dünyada ədliyyə sisteminin fəaliyyətində problemlərin olduğunu bildirib.
Vali dünyanın demək olar ki, hər qitəsində qeyri-sabitlik və qarşıdurmaların yaşandığını, bu vəziyyətə görə daha çox insanın mütəşəkkil cinayət və zorakılığa məruz qaldığını və bunun ədaləti daha da əlçatmaz etdiyini vurğulayıb.