17 may 2023 12:45
Rusiya vətəndaşı Mixail Pavloviç Matveyev ABŞ-da hüquq-mühafizə orqanlarına, şirkətlərə və kritik infrastruktura qarşı bir çox hakerlik fəaliyyəti həyata keçirib.
Metbuat.az xəbər verr ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib. Dövlət Departamenti Mixail Pavloviç Matveyevin ələ keçirilməsi üçün məlumat verənlərə 10 milyon dollar mükafat veriləcəyini bildirib. Dövlət Departamentinin sözçüsü Matt Miller yazılı açıqlamada qeyd edib ki, Rusiya kibercinayətkarlar üçün təhlükəsiz sığınacaqdır. Onun sözlərinə görə, Rusiya hakerlər üçün ABŞ və onun müttəfiqlərinə qarşı zərərli kiber əməliyyatları sərbəst şəkildə həyata keçirə biləcək muhiti təmin edir.
Miller qeyd edib ki, Dövlət Departamentinin Beynəlxalq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Mükafat Proqramı çərçivəsində Rusiya vətəndaşı Mixail Pavloviç Matveyevin beynəlxalq mütəşəkkil cinayətkarlıqda saxlanmasına və ya məhkum edilməsinə səbəb olan məlumatları təqdim edənlərə 10 milyon dollara qədər mükafat veriləcək.