METBUAT.AZ

Dünya

ABŞ Türkiyəyə F-16 vermək üçün şərt irəli sürdü

31 may 2023 12:38

ABŞ Prezidenti Co Baydenlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla arasında telefon danışığının bəzi detalları açıqlanıb.

Metbuat.az xəbər verir ki, jurnalisti Hande Fıratın iddialarına görə, Bayden telefon söhbətində etiraf edib ki, ABŞ Konqresi Ankaraya “F-16” qırıcılarının satışı üçün İsveçin NATO-ya daxil olmasını şərt kimi qoyub. Bayden həmçinin Qərbin Ərdoğana qarşı mövqeyinin ədalətsiz olduğunu ifadə edib.

Qeyd edək ki, Co Bayden Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibətilə təbrik etmək üçün ona zəng edib.


metbuat.az.