11 may 2023 18:55
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Metbuat.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XXXIII turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Turan Tovuz” – “Neftçi” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 800 manat cərimələnib.
“Qarabağ” – “Qəbələ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam klubu 1600 manat cərimələnib.