12 may 2023 20:09
Beşiktaş” “Sabah”la xeyriyyə oyunu üçün Bakıya gəlib.
Metbuat.az xəbər verir ki, İstanbul klubunu qarşılayanlar arasında məşhur meyxanaçı Ağamirzə də olub.
O, saytımıza açıqlamasında sabahkı matçdan gözləntilərini bölüşüb:
“Türkiyə bizim qardaşımızdır. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! İnşallah, sabah maraqlı oyun olacaq. “Beşiktaş”a azarkeşlik edirəm. Amma ondan da çox “Sabah”ı dəstəkləyirəm. Düşünürəm ki, “Sabah” “Beşiktaş”a 2:1 hesabı ilə qalib gələcək”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” - “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq.