METBUAT.AZ

Mədəniyyət

Aktyordan sərt sözlər:

4 may 2023 16:36

Tanınmış aktyor Kamran Yunis özünün "Facebook" səhifəsində xalq artisti Fuad Poladovun anım günü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, aktyor paylaşımında qeyd edib:

"Hərdən arxamca deyirlər ki, kimsəyə dəyər vermirsən. Mən də burdan onların üzünə yazıram. Mən dəyərlilərə dəyər verirəm - Fuad Poladov kimi, Həsənağa Turabov kimi dəyərlilərə - "siz" isə itə də dəyər verirsiniz və mənim 2 ya 5 dəyərlim sizlərin 1000 dəyərsizinizdən dəyərlidir. Ruhun şad olsun, Fuad müəllim. Mən Poladov deyiləm, amma polad kimi olmağı sizdən öyrəndim".


metbuat.az.