METBUAT.AZ

Ölkə

Amerikada azərbaycanlı ata və oğulun uğuru -

16 may 2023 17:42

Amerikanın Ketterinq Universitetinin ev sahibliyi ilə Miçiqan ştatının Flint şəhərində "Hava Dronları Müsabiqəsi Çempionatı"nda dron komandası olan "Uçan Pələnglər" uğur qazanıblar.

Metbuat.az xəbər verir ki, 4-cü və 5-ci sinif uşaqları 1000 mildən artıq məsafə qət edərək Miçiqana gedərək orada özlərindən yaşca böyük uşaqlara qarşı yarışıblar.

Onlar "Judges Award"da qalib gəliblər və finala çıxıblar.

Onlardan biri də Azərbaycanlı Rasim Dəmirovun oğlu Ömər Dəmirovdur.

Bu il yeni yaradılmış klub olmasına baxmayaraq "Uçan Pələnglər" orta və ali məktəblərdən olan 50 komandaya qarşı yarışaraq inanılmaz istedad və fədakarlıqlarını nümayiş etdiriblər.



metbuat.az.