1 may 2023 20:31
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar olaraq vətəndaşlara bir daha müraciət edib.
ANAMA-dan Metbuat.az-a bildirilib ki, müraciətdə qeyd olunub:
“İşğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən qaydalara riayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər. Bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!”